Ağsuda XVII əsrə aid şəhər qalıqları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağsuda XVII əsrə aid şəhər qalıqları
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağsuda XVII əsrə aid şəhər qalıqları

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Ağsuda XVII əsrə aid şəhər qalıqları
 
 
Müəllif: Elirza | 28 İyun 2010 | 12498 dəfə oxunub
http://zeka.az/635-adsuda-xvii-jsrj-aid-ejhjr-qaldqlard.html

Ağsuda XVII əsrə aid şəhər qalıqları aşkar edilib.

Bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri olduğu güman edilir

Ağsu rayonunun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri hesab edir və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. Məqsəd isə XVII-XVIII əsr Azərbaycan şəhərinin sosial-iqtisadi və mədəni həyatının tarixi məqamlarını araşdırılmaqla bərabər, turistlərin bu əraziyə cəlb olunmasıdır.

Arxeoloqlar bu ərazidə qazıntılara may ayının əvvəllərindən başlayıb. Tədqiqatlar hələlik təxminən 2 hektar ərazini əhatə edir. Mütəxəssislər ilkin olaraq qala divarlarının qalıqlarını, şəhərin daxili infrastrukturunu, hamam və digər məişət obyektlərini müəyyənləşdirib. Arxeoloji qazıntıların iki ay ərzində başa çatdırılması və əraziyə turistlərin cəlb edilməsi üçün şüşəli muzeyin yaradılması nəzərdə tutulur.

"Bu sahədə həm binaların içində, həm də kənarında ocaqların və təndirlərin aşkar olunması burada əhalinin sıx yaşadığını üzə çıxarır. Qeyd edək ki, bu sahədən çox sayda maddi-mədəniyyət nümunələri aşkar olunub. Maddi-mədəniyyət nümunələri mis, metal şüşə, dəmir, saxsı məmulatlardan ibarətdir”,- deyə Ağsu arxeoloji ekspedisiya qrupunun əməkdaşı Fariz Xəlilli bildirib.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.