Kasıblara minnət qoymayaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Kasıblara minnət qoymayaq
 
 » İstirahət » Lətifələr » Kasıblara minnət qoymayaq

     
 
İstirahət » Lətifələr: Kasıblara minnət qoymayaq
 
 
Müəllif: Muslim | 8 Sentyabr 2009 | 12623 dəfə oxunub
http://zeka.az/64-kas305blara-minn601t-qoymayaq.html
alt

İbrahim adlı şəxs deyir: Yoldan keçərkən Bəhlulu oturub halva yeyən halda gördüm və dedim: Bu halvadan mənə də ver.

Bəhlul dedi: Bu halva mənim deyil, xəlifənin qızınındır, göndərib ki, onun üçün yeyəm (yəni bu halvanı yəməklə onun istədiyi məqsədi yerinə yetirmiş olam). (Ağıllı Bəhlul kitabından)

Hamımızın bildiyi kimi bu ay mübarək Ramazan ayıdır. Hər yerdə kasıblar üçün iftar süfrələri açılır. Televizorda və başqa informasiya vasitələrində kasıblar üçün iftar süfrələrinin bəzədildiyinin və hər təbəqənin bu süfrəyə dəvət aldığının şahidi oluruq.

Amma çalışmaq lazımdır ki, bu proqramlarda özümüzü rekalm etməkdən və kasıblara minnət qoymaqdan çəkinək. Bu günki günümüzdə kasıblara ehsan və yemək yedizdirməkdə məqsəd 2 cürdür.

1.    Kasıblara əl tutmaq və Allaha xatir bu işi görmək. Nəcə ki, Allah-Taala Qurani-Kərimdə Peyğəmbər (s) Əhli beytinin 3 gün oruc tutarkən iftar vaxtı qapısına gələn yetim, miskin və əsirə öz yeməklərini vermələrindən söhbət açıb, onların bu savab işdəki məqsədləri haqqında buyurur: “Ancaq Allaha xatir sizə yemək veririk, bu işdən başqa bir məqsədimiz yoxdur və sizdən əvəz və təşəkkür istəmirik.” (İnsan sürəsi 7-8-9)

2.    Kasıblara əl tutmaqda məqsəd özünü göstərmək və dünyəvi hədəfləri güdmək. Belə olanda kasıblara yemək verənin məqsədi öz şəxsi mənfəəti üçündür. Onun hədəfi kasıb və fəqirlər deyil. Bir sözlə desək, bu yemək verməyin həqiqəti yemək verənin özünün doyması, güclənməsi və şəxsiyyət tapmasıdır. Bəzən bu şəkildə özünü göstərməyin, hətta məscidlərdə də baş verməsinin şahidi oluruq. Bəzilərinin belə məclislərdən tez kamera ilə görüntülər götürməsi, tez-tez mikrafonla bərkdən öz xeyriyəçilik işi barəsində iftixarlı sözlər deməsi bu hədəfi daşıyarsa bilsin ki, Allahın qəzəbinə düçar olacaq. Çünki minnət qoymaq həm günahdır, həm də əməllərin puç olmasına gətirib çıxarır. Allah-Taala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər sədəqələrinizi minnət qoymaqla və əziyyətlə batil etməyin”. (Bəqərə sürəsi 264)

Bəhlul bir kasıb kimi başa salmaq istəyir ki, mənə verilən halvadan məqsəd mənə əl tutmaq yox, halva verənin tanınmasıdır. Elə ona görə də belə bir şirin cümlə deyir: “Göndərib ki, onun üçün yeyəm”.

Allah-Taala bu mübarək Ramazan ayında bizləri özünü göstərib, minnət qoyan iftar süfrəsi verənlərdən etməsin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.