Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib
 
 
Müəllif: Zaur | 29 İyun 2010 | 13648 dəfə oxunub
http://zeka.az/642-azjrbaycandn-silah-mghjndisi-yeni-ixtiralar-edib.html

Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib

Azərbaycanlı silah mühəndisi Telman Mehdiyev artilleriya silahlarının atəşlərinin hesablanması üzrə iki ixtira edib.

Bunlardan birincisi tam atəş hazırlığının yüksək dəqiqliyini təmin edən Kompüter Bazalı Analitik Hesablama Düsturları Sistemidir. İkinci ixtira isə dağlıq və düzənlik ərazilərdə bütün növ minaatanlardan atış üçün hazırlanmış Rəqəmli Atış Cədvəlidir.

«Bu atış cədvəli Azərbaycan ordusunda istifadə olunan minaatanların döyüş hazırlığını dəfələrlə artırır. Bununla bir yerdə, Rəqəmli Atış Cədvəlinə toplanmış soraq məlumatları onu daim yüksək döyüş hazırlığı vəziyyətində saxlamağa imkan verir», - deyə T. Mehdiyev vurğulayıb.

T. Mehdiyev onu da deyib ki, Kompüter Bazalı Analitik Hesablama Düsturları Sisteminin müsbət cəhətlərindən biri də onun yeni elektron təminatlı nişangahlarda da istifadəsinin mümkünlüyüdür.

T. Mehdiyev düsturların və cədvəlin uzun illər davam edən hərbi araşdırmaların və Qarabağ müharibəsindəki praktik təcrübənin təhlilləri nəticəsində hazırlandığını bildirib.

Mühəndisin sözlərinə görə, hər iki ixtira test olunub və hazırda dünya ordularında istifadə olunan atış hesablama sistemləri və cədvəllərindən fərqli olaraq yüksək dəqiqlik qeydə alınıb.

Qeyd edək ki, T. Mehdiyev 1991-1994-cü illərdə Azərbaycan Müdafiə Nazirliyində çalışıb, Qarabağ döyüşlərində iştirak edib.

Məlumatdan istifadə etdikdə istnad zəruridir





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.