Üç terabayt həcmli sərt disk buraxılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Üç terabayt həcmli sərt disk buraxılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Üç terabayt həcmli sərt disk buraxılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Üç terabayt həcmli sərt disk buraxılıb
 
 
Müəllif: Admin | 30 İyun 2010 | 12135 dəfə oxunub
http://zeka.az/643-gg-terabayt-hjcmli-sjrt-disk-buraxdldb.html
 

Üç terabayt həcmli sərt disk buraxılıb

Seagate şirkəti üç terabayt həcmli xarici disk buraxıb. FreeAgent GoFlex Desk adlı yeni sərt diskin tövsiyə olunan pərakəndə satış qiyməti 250 ABŞ dolları təşkil edəcək.

İslam-Azeri.az İnternet Qəzetinin MİNcom-a istinadən verdiyi xəbərə görə, İstehsalçının məlumatında bildirilir ki, FreeAgent GoFlex Desk “iş masasında yerləşdirilməsi üçün yaradılmış” bu cür həcmli birinci qurğudur. Onun ölçüləri 15,8 x 12,4 sm. qalınlığı 4,4 sm., çəkisi isə bir kilodan bir qədər artıqdır.

Qeyd edək ki, sözügedən model həmçinin 1 və 2 terabaytlıq qurğulardan ibarət FreeAgent GoFlex istehsalat xəttində ən irihəcmlisidir. Onun tutumu yüksək dəqiqlik standartlı 120 film və ya yüz minlərlə fotoşəkilin saxlanılması üçün kifayət edir.

İrihəcmli sərt disk USB 2.0 portu ilə təchiz olunur və komplektə həmçinin xüsusi adapter də daxil edilir. Bununla yanaşı əlavə olaraq Seagate USB 2.0-a nisbətən daha sürətli oxuma və yükləmə sürətini təmin edən FireWire 800 və ya USB 3.0 standartlarının adapterlərini də təqdim edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.