İsgəndər və Aristotel » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » İsgəndər və Aristotel
 
 » Elm və mədəniyyət » Dahilər » İsgəndər və Aristotel

     
 
Elm və mədəniyyət » Dahilər: İsgəndər və Aristotel
 
 
Müəllif: Zaur | 30 İyun 2010 | 13703 dəfə oxunub
http://zeka.az/644-dsgjndjr-vj-aristotel.html

İsgəndər və Aristotel

 İsgəndər ehtiraslı, epileptik və demək olar ki, içki düşkünü idi; yetkin insanların ipə-sapa yatıra bilmədikləri atları əhliləşdirmək onun əyləncəsinə çevrilmişdi. Aristotelin bu püskürən vulkanın odunu bir qədər soyutmaq cəhdi o qədər də uğurla nəticələnmirdi. Plutarx yazırdı: “İsgəndər bir müddət Aristoteli öz atasından da daha çox sevir və əziz tuturdu. İsgəndər deyirdi ki, o həyatı atasından qəbul etsə də, yaşamaq sənətini Aristoteldən öyrənmişdir”. Yunanların qədim atalar sözündə deyilirdi: “Həyat təbiətin bir bəxşişidir, gözəl həyat isə müdrikliyin hədiyyəsidir”. İsgəndər Aristotelə ünvanladığı bir məktubda yazırdı: “Mənə qaldıqda isə mənim xeyir və fəzilət anlamım hakimiyyət və malikiyyətimdən daha üstündür”. Fəlsəfənin bu entuziazmla dolu olan yeni sakininin iç qatlarında isə varvar mənşəli bir şahzadə xanımın və vəhşi, amma əhilləşmiş bir hökmdarın oğlu vardı; irsən mənimsənilmiş ehtirasların zəkanın diqqət mərkəzində saxlanılması isə çox çətin idi. İki ildən sonra İsgəndər dünyanı idarə etmək məqsədi ilə taxt-taca yüksəldi və eyni zamanda, fəlsəfəni də tərk etdi. İsgəndərin torpaqları birləşdirmə ehtirası öz gücünü müəllimindən götürürdü. Asiyanı işğal etməyə yola düşdüyü zaman arxada qalan yunan şəhərlərində hökumətlər İsgəndərə qarşı xoş münasibət nümayiş etdirsələr də, bu şəhərlərin əhalisi İsgəndərə qarşı qəti olaraq düşmən mövqeyində idi.

 Həyat Aristotel üçün idarə oluna bilməyəcək qədər mürəkkəb oldu. O, bir tərəfdən özünün Makedoniyalı İsgəndər tərəfindən himayə olunduğunu görürdü, amma digər tərəfdən, Makedoniyalı İsgəndərə sanki bir tanrı olaraq səcdə etməkdən imtina edən qardaşı oğlu Kolistenin edamına qarşı etiraz edirdi. Makedoniyali İsgəndər isə bu eyhama belə bir cavab vermişdi ki, hətta filosofları da ölümə məhkum etmək onun əlindədir. Eyni zamanda, Aristotel Makedoniyalı İsgəndəri afinalılardan müdafiə edirdi.

  Nəhayət, bizim eradan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndər qəfildən vəfat etdi. Makedoniya partiyası taxtdan salındı. Aristotel də bu partiyaya qoşulmuşdu. Makedoniya partiyasının çox hissəsi şəhərdən uzaqlaşdı, şəhərin baş kahini bilavasitə Aristotelə yönəlmiş ittiham irəli sürdü. Aristotel gördü ki, onun vəziyyəti ölümə məhkum edilmiş Sokratın vəziyyətindən daha ağırdır. O, siyasət işlədib şəhəri tərk etdi və dedi ki, o, afinalılara ikinci dəfə fəlsəfəyə qarşı günah işlətmək imkanını verməyəcəkdir. Burada heç bir qorxaqlıq yox idi. Afinada hər bir müttəhimin ixtiyarı vardı ki, ona kəsilmiş cəzanı sürgünlə əvəz etsin. Xalkida adasına gələn Aristotel burada xəstələndi. Diogen Laertlinin dediyinə görə, qoca filosof hər şeyin onun əleyhinə çevrilməsi ucbatından son dərəcə məyus olmuşdu və zəhər içməklə özünə sui-qəsd etdi, Afinanı tərk etdikdən bir neçə ay sonra bizim eradan əvvəl 322-ci ildə tənha Aristotel öldü.

 Elə həmin il, elə həmən yaşda, 62 yaşında olan Demosfen də zəhər piyaləsini başına çəkdi. Aristoteldən fərqli olarq, Demosfen Makedoniyalı İsgəndərin düşməni idi. 12 ay içərisində Yunanıstan özünün böyük Hökmdarını, böyük natiqini və böyük filosofunu itirdi. Yunanıstanın şöhrəti Roma günəşi altında soldu. Romanın möhtəşəmliyi hakimiyyətin təmtərağı idi, təfəkkür nurunun möhtəşəmliyi deyildi. Sonra bu təmtəraq tənəzzülə də uğradı və buradakı kiçik işıq da, demək olar ki, yox oldu. 1000 il ərzində zülmət və qaranlıq Avropanı öz ağuşuna aldı. Bütün Avropa dünya fəlsəfəsinin yenidən qayıdışını gözləməli oldu.

Uill Dürant ”Fikir antologiyası”

 Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 1
Qonaq: 12
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.