İdmandan hədəfimiz nədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?
 
 » Sağlamlıq » İdman » İdmandan hədəfimiz nədir?

     
 
Sağlamlıq » İdman: İdmandan hədəfimiz nədir?
 
 
Müəllif: Muslim | 10 Sentyabr 2009 | 12740 dəfə oxunub
http://zeka.az/65-304dmandan-h601d601fimiz-n601dir.html

İdman etməyin  ən üstün hədəflərindən biri sağlamlıqdır. İnsan sağlamlığı ən böyük nemətlərdən biridir. Əlbəttə ki, çoxları bunun qədrini bilmir. Bu sağlamlığı qoruyub saxlamaq lazımdır. Onun qoruyub saxlamağın yollarından biri idmanla məşğul olmaqdır. İdmançı yaxşı olar ki, idman etmək hədəflərindən birini sağlamlıq qərar versin. Etdiyi idmanda ifrata və təfritə varmasın.

Bəziləri idmanla özünü sağlam etmək əvəzinə, əksinə, idmanla özünə zərər vurur. Bunu bir neçə halda görmək olar. Məsələn: Ağır atletika ilə məşğul olan idmançılar bədənlərinin böyüməsindən ötrü özlərinə çox idman etməklə elə təzyiq göstərirlər ki, bədənləri müvəqqəti gözəl görsənsə də, bir neçə müddətdən sonra başqa fəsadlarla üzləşir. Yaxud bəzi idmançılar öz bədənini gözəlləşdirməkdən ötrü, ya idmanda yüksək nailiyyətlər əldə etməkdən ötrü bəzi dərmanlardan istifadə edirlər. Bu da gələcəkdə onaların sağlamlığını sual altına alır. Deməli, ağıllı insan öz daimi sağlamlığını müvəqqəti dünyəvi nailiyyətlərinə qurban verməməlidir. Tez-tez xəbərlərdə idmançıların etdiyi idman növündən zərər çəkdiyini və hətta həyatının təhlükəyə düşdüyünü görürük. Məsələn: maşın yarışmaları bir idman növü kimi dünyada tanınsa da tez-tez bu idman növü adlanan idmandan çox-çox insanların qurban olduğunun şahidi oluruq. Həvəskar olmaq o demək deyil ki, insan ona cəmi bir dəfə verilən həyatını təhlükəyə atsın. Gəlin hamımız məşğul olduğumuz idmanın sağlamlığımıza nə qədər mənfi ya müsbət təsir etdiyini əvvəlcədən araşdıraq. Sonra özümüzə onu hədəf seçək.

Bildiyiniz kimi, indi hal-hazırda bütün dünyada müsəlmanlar tərəfindən müqəddəs Ramazan ayının orucu tutulur. Bu ayın çoxlu hikmətləri vardır. Başlıcası ruhumuzun və mənəviyyatımızın saflaşdırılmasıdır. Həmçinin Ramazan ayının hikmətlərindən biri sağlamlığımızdır. Necə ki, Peyğəmbərimiz buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Gördüyünüz  kimi, əziz Peyğəmbərimiz oruc tutmağın hikmətlərinin birini sağlamlıq adlandırır. Bu gün ki, gündə Peyğəmbərimizin buyurduğunu elm aləmi və həkimlər də təsdiq edir. İncə bir nöqtə budur ki, Allah-Talanın vacib etdiyi orucun müddəti bir aydır. Həkimlər də bir ay orucun zaman baxımından nə çox, nə az tam düzgün seçildiyini qeyd edirlər. İdmanda dediyimiz kimi, nə ifrat etmək, nə də təfrit. Dini hökmlərə əsasən xəstə olanlar bu hökmdən azaddır. Deməli, Allah-Taala bizim sağlamlığımızı qoruduğu kimi biz də gərək öz sağlamlığımızı qoruyaq.

Allah-Taala oruc, namazımızı qəbul edib bizlərə sağlam düşüncə və sağlam bədən nəsib etsin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.