Qətillə nəticələnən azarkeşlik » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Qətillə nəticələnən azarkeşlik
 
 » Sağlamlıq » İdman » Qətillə nəticələnən azarkeşlik

     
 
Sağlamlıq » İdman: Qətillə nəticələnən azarkeşlik
 
 
Müəllif: Muslim | 3 İyul 2010 | 12588 dəfə oxunub
http://zeka.az/650-qjtillj-njticjljnjn-azarkeelik.html
 

Qətillə nəticələnən azarkeşlik

 Məhəbbət iki cür ola bilər, həqiqi və məcazi. Həqiqi məhəbbət yalnız Allaha məxsusdur. Məcazi məhəbbət isə Allahdan qeyrilərinə olan məhəbbətdir. Məsələn: Anaya, ataya, bacıya, qardaşa, qadına, dosta, Vətənə və s. olan sevgi məcazi adlanır. Bunu da deyək ki, həqiqi məhəbbətə məcazi məhəbbətsiz çatmaq mümkün deyil. Məhz  Allahın da məxluqatda təkvini olaraq təyin etdiyi məhəbbətin səbəbi budur. Bir körpə digərləri üçün nə qədər çirkin olsa da, anası üçün bir o qədər gözəl və şirindir, yaxud ən qorxaq heyvan toyuq hesab olunmasına baxmayaraq, ana olduqda öz körpəsindən ötrü canını fəda etməyə hazır olur. Amma biz bəzən insanlar içərisindən elələri haqqında elə qəribə şeylər eşidirik ki, onları heyvana bənzətmək də doğru deyil. Ana olduqdan sonra fədakarlaşan bir toyuqla futbola rahat baxmaq üçün ağlayan körpəsini öldürən ananı müqayisə etmək belə ağıla sığmazdır. Bəli mən sizə futbola rahat baxmaq məqsədi ilə övladını öldürən qatil anadan danışıram.     Xəbərlərdə oxuyuruq: ABŞ-ın Texas ştatının 27 yaşlı sakini Hektor Kastro iki yaşlı qızını öldürməkdə ittiham olunur. Polisin yaydığı məlumata görə, Kastro Dünya Çempionatı-2010 oyununu izləyərkən iki yaşlı qızını ağladığına görə döyüb. Çılğın azarkeş ABŞ və Qana yığmaları arasında 1/8 final mərhələsinin oyununu izləyirmiş.

 Xatırladaq ki, bu, mundial startından sonra baş verən ikinci belə haldır. Bir neçə gün bundan əvvəl CAR-da televizorla futbol oyununu seyr etmək istəyən ailə başçısı həyat yoldaşı və övladları tərəfindən döyülərək öldürülmüşdü.

 Axı idman sağlamlığın meyarıdır, idman növünə azarkeşlik göstərən şəxs bir növ sağlamlığa azarkeşlik etmiş olur. Əgər bu azarkeşlik qətlə səbəb olursa, deməli, biz agahlıqla azarkeşlik etmirik. Nəticədə, sağlamlıq kənara qalsın, hətta insanlığımızı belə əldən veririk.

  “Sağlam bədəndə sağlam ruh olar” – deyimi heç də doğru deyil, əksinə sağlam ruhu olanın sağlam bədəni olar. Bütün bu baş verənlər elə ruhumuzun düzgün tərbiyə olunmamasından irəli gəlir.

Məlumatdan istfadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (18 Avqust 2010 21:29)



Qrup: Qonaq
Tarix: --
bu qeder facieleri heqiqeten de saqlam ruhu olmayan bedenler toredir
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.