Oynaqlardan gələn səslər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Oynaqlardan gələn səslər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Oynaqlardan gələn səslər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Oynaqlardan gələn səslər
 
 
Müəllif: Carchi | 3 İyul 2010 | 12190 dəfə oxunub
http://zeka.az/652-oynaqlardan-gjljn-sjsljr.html
 

Oynaqlardan gələn səslər

Tez-tez və asanlıqla çırtlatdığımız yerlər bədənimizdə ən çox olan sürtünməli oynaq yerləridir

Tez-tez və asanlıqla çırtlatdığımız yerlər bədənimizdə ən çox olan sürtünməli oynaq yerləridir. Bir çox adamlar hər iki əlinin barmaqlarını bir-birinə birləşdirərək və gərərək səs çıxardır, yəni barmaqlarını çırtladır. Çoxumuz yaranan səsin sümüklərdən gəldiyini zənn edirik, hətta narahat oluruq, amma nədənsə bunu edənlər vəziyyətlərindən məmnun görünürlər.

Bu tip oynaq yerlərində, məsələn, barmaqlarınızda iki sümüyün birləşdiyi yerdə bir əlaqə kapsulası və bu kapsulanın içində də sümüklərin hərəkətləri əsnasında, təbii yağlama prosesini həyata keçirən maye var. Bu mayenin içində ərimiş vəziyyətdə oksigen, nitrojen və karbon 4 oksid qazları olur. Bədənimizdə ən asan çırtlada biləcəyimiz oynaq yerlərimiz barmaqlarımızdır. Barmaqlarımız gərilincə və oynaq yerlərimiz düzləşincə bu kapsula da gərilir. İçindəki mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır. O zaman eşitdiyimiz bu səslərdir.

Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir, maye daha da genişlənir və oynaq yerinin hərəkət qabiliyyətini artırır. Şübhəsiz ki, oynaq yerinin gərilməsi bu kapsulanın boyu ilə məhdudlaşır.

Əgər barmaqlarınızı çırtlatdığınız anda rentgenini çəkmiş olsanız, oynaq içində yaranan qaz qabarcıqlarını görə bilərsiniz. Bu hadisə oynaq yerindəki həcmi təxminən yüzdə 15-20 artırır. Qaz qabarcıqlarının maye içərisində təkrar meydana gəlməsi bir az zaman aldığından, eyni barmağınızı arxa-arxaya çırtlada bilməzsiniz. Bir müddət gözləməyiniz lazımdır. Bütün şərhlər, təcrübələrlə sübut edilməsinə baxmayaraq, yenə də bu qədər kiçik qazın, belə böyük bir səs çıxarda bilməsinin səbəbi hələ tam aydın deyil.

Detallı işlər çırtdama əsnasında iki ayrı səs eşidildiyini göstərmişdir. Birincisinin qaz qabarcıqlarının partlaması olduğu bilinir. İkinci səsin isə kapsulanın uzanma sərhədinə çatdığında çıxdığı sanılır.

Yaxşı, barmaqlarımızı çırtlatmaq bədənimiz üçün zərərlidirmi? Bunu vərdiş halına gətirənlərdə oynaqlar ətrafındakı yumşaq toxuma zərər görür, barmaqlar şişir, bu səbəbdən də əlin anlayışa həssaslığı azalır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.