Gizli şirk » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Gizli şirk
 
 » Din » Əxlaq » Gizli şirk

     
 
Din » Əxlaq: Gizli şirk
 
 
Müəllif: Etel | 3 İyul 2010 | 12604 dəfə oxunub
http://zeka.az/658-gizli-eirk.html

Gizli şirk

 ''Mən namazdan çox ləzzət alırdım. Qorxuram ki, bu ləzzətlər niyyətimə təsir göstərsin, namazlarım Allaha yaxınlığa görə yox, ləzzətə görə olsun!'' Bu sözlər bəzilərinə nağıl kimi də görünə bilər. Amma unutmayaq ki, çoxlarını nadan vəziyyətdə saxlayan onların həqiqətə nağıl kimi baxmalarıdır. Şeyx Ənsari kimi şəxsiyyətlərin böyüklüyü ondadır ki, ən incə məsələlər də onların nəzərindən yayınmır. O, namazdan aldığı ləzzətdən ehtiyat edirdi. Hansı ki, əksər abidlərin arzusu belə bir məqama çatmaqdır.Əgər mərifət əhli ilə sadə abid arasında bir bu qədər fərq varsa, mərifətlə cəhalət arasındakı fərqdən danışmağa dəyməz! Şeyx ehtiyat edirdi ki, namazdan aldığı ləzzət onunla Allah arasında pərdə ola. Doğrudan da həmin ləzzət insanın ilahi niyyətinə xələl gətirərsə, gizli şirk hesab olunar.Bu şirk cəhənnəmə aparacaq qədər təhlükəli olmasa da təkamül yoluna maneədir.'' Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar.'' (Yusuf s. 106). Xalis bəndəlik məqamına çatmamış istənilən insanda tovhid və şirk, xeyirlə şər qatışıq haldadır. Allaha, peyğəmbərlərə və qiyamət gününə iman gətirənlərin əksəriyyəti bu haldadır. İnsanın özünə diqqətsizliyi bu şirki gücləndirər.Yalnız çox mərifətli insanlar daim bu məsələyə diqqətlidirlər, Şeyx Ənsari kimi! İlahi, bizi gizli şirkdən uzaq edib, həqiqi mərifət əhlindən qərar ver!

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Nicat (4 İyul 2010 01:25)



Qrup: İstifadəçi
Tarix: 11.07.2009

İlahi, bizi gizli şirkdən uzaq edib, həqiqi mərifət əhlindən qərar ver!

Amin!

Yazı haqqında: Yığcam, təsirli, gözəl!

ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.