Plastik qablar təhlükə mənbəyidir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Plastik qablar təhlükə mənbəyidir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Plastik qablar təhlükə mənbəyidir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Plastik qablar təhlükə mənbəyidir
 
 
Müəllif: Admin | 4 İyul 2010 | 13144 dəfə oxunub
http://zeka.az/659-plastik-qablar-tjhlgkj-mjnbjyidir.html

Plasmas qablarda saxlanılan ərzaq bədxassəli şişlər əmələ gətirə bilər

Plastik qabların ev təsərrüfatında istifadəsi təhlükə mənbəyidir

Ərzaq insanın ən ümdə təlabatıdır. Əsas məsələlərdən biri də ərzağın saxlanılma şəraitidir. Plastik qablarda saxlanılan ərzaq qidaları insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ANS PRESS-ə açıqlamasında plastik qablarda ərzağın saxlanılmasını müsbət hal saymadığını bildirdi.

“Plastik qablara nəzər yetirsək üstündəki ekitikdə səbətə plastik qab atan kişi şəkli əks olunduğunu görərik. Demək olar ki, bütün plastik qabların üstündə bu şəkil var. Bu plastik qabların ətraf mühitə atlmağın qadağan olduğunu göstərir. Ümumilikdə plastik qablarda ərzağın saxlanılması məsləhət deyil. Hətta mayenin plastik qablarda uzun müddət saxlanılması zərərlidir. Lakin Azərbaycan dünyanın sayıla bilən ölkələrdən biridir ki, burada plastik qabın içərisində körpə qidası saxlanılır. Son beş ildə adət halını alıb, plastik qabların içərisində üzüm yarpağı və digər şorabalar, turşular saxlayırlar. Birmənalı şəkildə plastik qabın kimyəvi tərkibi miqrasiya edir həmin ərzaq mallarının tərkibinə. Məlumdur ki, plastik qablar yandırılanda həddindən artıq zəhərli diostin qazı verir ətrafa. Plastik qab yandırılmadığı təqdirdə belə, həmin zərərli maddə onun tərkibində qalır. Ona görə plastik qablardan ərzaq və maye saxlamaq üçün ikinci dəfə istifadə olunmamalıdır. Plastik qabda ərzaq və su çox qalarsa, qabın tərkibindəki zəhərli maddələr başlayır istidən ərzağa nüfuz etməyə. Məhs ona görə də, plastik qabdakı ərzağı və suyu günün altında, yüksək temperaturlu yerdə saxlamaq qəti qadağandır. Çünki plastikdəki zərərli maddə istidən ətrafa buxarlanmağa başlayır”, -deyə Eyyub Hüseynov vurğuladı.

Plastik qablarda ərzaq məhsullarının saxlanılmasının təhlükəli olduğunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev də təsdiqlədi. Mütəxəssis polimer maddələrlə ərzaq məhsullarının təmasa girdiyi üçün ərzaq mallarını belə qablarda çox saxlamağı məqsədəuyğun saymadığını bildirdi. 

“Qida maddələrin saxlanılması üçün polimer, yəni plastik qablardan istifadə edilə bilər. Bu zaman plastik qabın toksigen göstəriciləri müəyyənləşdirilməlidir. Həmin məhsulun saxlanma müddəti ərzində polimer maddənin tərkibindəki toksigenin ərzağın kimyəvi tərkibi ilə əlaqəyə girə bilməməsi müəyyənləşdirilməlidir”,- söyləyən İmran Abdullayev təsadüfi polimer maddələrdən qablaşdırıcı kimi istifadə etməyin qadağan olduğunu bildirdi.

Plastik qabların təkrar istehsalına və emalda təkrar qablaşdırılmasına icazə verilmədiyini vurğulayan İ.Abdullayev bu kimi halların ev təsərüüfatlarında tətbiqinin yolverilməz olduğunu qeyd etdi. Uşaq qidalarının plastik qablarında saxlanılmasına gəlincə, burada elə də böyük qəbahət olmadığını bildirən ekspert bu zaman qablaşdırılmanın xüsusi normativlərə uyğun olmasının əsas olduğunu qeyd etdi. “Ümumiyyətlə uşaq qidaları Azərbaycanda istehsal olunmur. Kənardan gətirilən məhsullar təhlükəsizlik normalarına uyğundursa, onada məhsulların Azərbaycana idxalına icazə verilir”,-deyə İmran Abdullayev vurğuladı.

Sonda mütəxəssis əhaliyə məsləhət gördü ki, plastik qablarda saxlanılan şorabalardan imtina etsinlər. “Plastik çəlləklərdə saxlanılan şorabalar əsil xəstəlik mənbəyidir. Plastik çəlləklər ərzaq saxlanılması üçün deyil, texniki məqsədlərdə istifadə edilir. Bildiyiniz kimi şorabaların tərkibi aşılayıcı maddələrlə zəngindir. Ona görə şorabaların, sirkələrin plastik qablarda saxlanılması yolverilməzdir. Həmin məhsulları almaq düzgün deyil”,-söyləyən Abdullayev vətəndaşları ərzaq alarkən diqqətli olmağa çağırdı.

Nərimanov rayon 8 saylı şəhər poliklinikasının baş həkimi Tamilla Kərimova da ANS PRESS-ə açıqlamasında plastik qablarda qida məhsullarının saxlanılmasının məqsədə uyğun olmadığını bildirdi.

“Plastik qabların elə növləri var ki, onlarda ərzaq saxlamaq olar. Amma, ümumiyyətlə plastik qablarda ərzaq saxlamaq arzu olunan hal deyil. Plastik qabların tərkibində toksigen maddələr olduğu üçün onlar ərzaq saxlamaq üçün əlverişsizdir. Suyun polimer qablarda saxlanılmasına gəlincə, burada saxlanılma müddəti də nəzərə alınmalıdır. Texniki baxımdan istifadə olunan plastik qablarda ərzaq saxlamaq isə birbaşa orqanizm üçün zəhər mənbəyidir. Belə qablarda saxlanılan qidaların qəbulu insanda infeksion xəstəliklər, bədxassəli şişlər əmələ gətirə bilər. İnsanın zəhərlənməsi də birbaşa belə qablarda ərzaq saxlanılması nəticəsində baş verir. Uşaq yeməklərinin plastik qablarda saxlanılması isə olduqca təhlükəlidir. Bu uşaqların inkişafına birbaşa mənfi təsir edir”,-deyə Tamilla Kərimova vurğuladı.

“Bəzən görürük ki, bazarlarda plasmas ləyənlərdə, vedrələrdə şorlar, şorabalar, duzlu ərzaq məhsulları saxlanılr. Bu da insan orqanizminə birbaşa təhlükədir”,-söyləyən Tamilla Kərimova plasmas qablarda saxlanılan qidalardan istifadə etməyin məsləhət görülmədiyini bildirdi.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.