Dəmiryol nəqliyyatı bərpa edilib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəmiryol nəqliyyatı bərpa edilib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dəmiryol nəqliyyatı bərpa edilib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dəmiryol nəqliyyatı bərpa edilib
 
 
Müəllif: Carchi | 5 İyul 2010 | 12198 dəfə oxunub
http://zeka.az/663-djmiryol-njqliyyatd-bjrpa-edilib.html

Azərbaycanın cənub rayonlarına dəmiryol nəqliyyatı bərpa edilib

"Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə qatarların hərəkətini bərpa edəcək. Bu barədə bazar ertəsi QSC-dən yayılan məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bərpa işləri davam etdirilən məntəqələrdə qatarlar sürət limiti ilə hərəkət edəcək.

Azərbaycan Nəqliyyat Nazirliyindən əvvəlcədən məlumat verildiyi kimi, cənub istiqamətində dəmir yollarında bərpa işləri iki-üç ay ərzində tamamilə başa çatdırılacaq

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində 133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.

Həmçinin, 38 kilometr uzunluğunda rabitə, 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin, yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Su səviyyəsinin artması ilə əlaqədar dəmiryolun 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmiryol yatağı beş yerdən yarılmışdı. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdı.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.