Türkiyədə Azərbaycan qızları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyədə Azərbaycan qızları
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyədə Azərbaycan qızları

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Türkiyədə Azərbaycan qızları
 
 
Müəllif: Carchi | 6 İyul 2010 | 13716 dəfə oxunub
http://zeka.az/666-tgrkiyjdj-azjrbaycan-qdzlard.html

Türkiyədə Azərbaycan qızları

Topdan və pərakəndə satışda...

Son illər Azərbaycan qızlarının qonşu dövlətlərə aparılması məsələsi və seksual məqsədlərlə istismara məruz qalması heç kimə sirr deyil. Problem öz aktuallığına və miqyasına görə respublikamızın üzləşdiyi ən ciddi bəlalardan biri olaraq dəyərləndirilir. Xatırladaq ki, beynəlxalq terminologiyada «Human Traffik» kimi qəbul edilən «İnsan ticarəti» insanların – xüsusilə qadınların, uşaqların və bəzi hallarda kişilərin oğurlanaraq və ya aldadılaraq öz iradəsinə zidd olaraq müxtəlif zorakılıq və istismara məruz qalması əksər hallarda isə seksual istismara məruz qoyulmasıdır.

Türkiyədə qadın ticarəti

Məsələnin təhlükəliliyinin miqyasını təsəvvür etmək üçün Beynəlxalq Miqrasiya Təşkilatının (İnternational Organization of Migration) (İOM) Türkiyədə apardığı araşdırmaların Azərbaycanla bağlı məqamlarına diqqət ayırmaq vacibdir. İOM-un hesabatında qeyd olunur ki, Türkiyədə qadın biznesi və seks ticarəti keçmiş sovet respublikalarından insan ticarətinə çoxsaylı qadınların cəlb edilməsi ucbatından günbəgün artmaqdadır. İOM-un hazırladığı sənəddə hazırda qadınların hansı yollarla istismar olunduğu və ticarətin mexanizmi barədə məlumat öz əksini tapır. Qurumun internet adresində dünyanın hər yerindən əldə olunmuş məlumatları ümumiləşdirən ekspertlər qadın biznesi ilə məşğul olan lakin adı açıqlanmayan 53 yaşlı traffikyorun sözlərini sitat gətirərək yazır: «Bir müddət öncə dünyanın müxtəlif yerlərindən qadın əldə etmək üçün Avropaya üz tuturdular. İndi isə qız almağın ən yaxşı yolu İstanbula getməkdir. Burda çox gözəl, bacarıqlı və təhsilli rus, ukrayna və digər millətlərdən olan qızlar tapmaq mümkündür. Qızları Türkiyəyə gətirməyə iki il öncə başlamışıq. Mən və bir dostum ilk olaraq buraya bir neçə qız keçirtdik. Onlar bir həftə və ya on gün qalıb geri dönürlər. Bu olduqca sərfəli bir biznes növüdür».

Azərbaycan qızları Türkiyə bazarında və ya Rus mafiyasının gəlir mənbəyi

 İOM-un internet adresində həmçinin rus mafiyasının müntəzəm olaraq Azərbaycan qızlarının traffiki (ticarəti) ilə məşğul olmaları barədə də məlumat verilir: «Rus mafiyası Azərbaycan qızlarından istifadə edir. Moskvada bir agentliklə əlaqəyə girib qız istədiyimizi bildiririk. Ödədiyimiz məbləğ, qızın yaşına, gözəlliyinə və Türkiyədə qalacağı vaxta görə müəyyən edilir. Bir həftəyə 3 min dollardan 10 min dollar arasında pul ödəyirik. Türkiyəyə gətirilən qızlar isə hər bir müştəri ilə olan görüşdən 300-400 dollar gəlir gətirir. Çox vaxt qızları qarşılamaq üçün aeroporta maşın göndəririk. Müştərilərə göstərdikləri xidmətə görə qızlara ayrıca pul verilmir. Amma həftə ərzində münasibətlərimiz yaxşı olarsa, onlara hədiyyə ala və ya əlavə pul verə bilərik».

Türkiyədə insan ticarətinin vəziyyətini araşdıran Mərmərə universitetinin professoru, doktor Səma Erder və doktor Səlmi Kaşka «Türkiyədə usulsuz köç və qadın ticarəti» adlı məruzə hazırlayıblar. Məruzədə Türkiyədəki hazırkı sek sənayesinin və Azərbaycan qızlarının bu sahədəki roluna həsr olunmuş məlumatlar əksini tapıb. Məlumatlara görə Türkiyə ərazisində qadın ticarətinin artmasına səbəb keçmiş sovet respublikalarından bura gətirilib və seksual istismara məruz qalan qadınların sayının artmasıdır. Gürcüstan, Moldova, Rusiya, Ukrayna ilə birgə Azərbaycan qızları da Türkiyə qadın ticarəti bazarında xüsusi yerə malikdir. Son illər ərzində fahişəliyə görə Türkiyədən deportasiya edilən qadınların 95 faizini Azərbaycan da daxil olmaqla, yuxarıda adı çəkilən ölkələrdən olan «zərif cinsin nümayəndələri» təşkil edir.

Türkiyədəki azərbaycanlılar - rəqəmlərdə

Bir çox digər mənbələrə əsaslanaraq, Türkiyədə traffikə uğramış qadınların əksəriyyətinin Azərbaycan, Gürcüstan, Moldova və Rusiyadan olduğunu söyləmək mümkündür. Məsələn, statistik nəticələrə görə 1996-cı ildə 112,1 min, 1997-ci ildə 93,5 min, 1998-ci ildə 125 min, 1999-cu ildə 122,6 min, 2000-ci ildə 182,1 min, 2001-ci ildə 189,3 min azərbaycanlı Türkiyəyə gəlib və ya gətirilib ki, onların da mühüm faizini qadınlar təşkil edir. Statistikadan göründüyü kimi, hər il Azərbaycandan Türkiyəyə gedən insanların yaxud aparılan qadınların sayında artım müşahidə edilir. Türkiyə Daxili İşlər Nazirliyinə istinadən yayılan bu məlumatda il ərzində yuxarıda adı çəkilmiş ölkələrdən üst-üstə 1,5 milyon şəxsin Türkiyəyə gəlməsi barədə məlumat verilir.

Türkiyə Daxili İşlər Nazirliyinin mənbə kimi göstərildiyi başqa bir məlumatda isə Azərbaycandan və Rusiyadan yaşamaq üçün gəlib Türkiyədə qalan şəxslərin sayının digər ölkələrdən daha çox olduğu bildirilir. Hazırda Azərbaycanda on min nəfərdən çox Türkiyədə daimi yaşamaq və işləmək icazə olan insan var. Onların əksəriyyətinin qadın olduğu barədə məlumatlar təsdiq olunub. Həmçinin Türkiyədə nigah qurmaqla vətəndaşlıq alanların arasında da azərbaycanlıların sayı digər ölkələrdən olan mühacirlərin sayından üstünlük təşkil edir. Hesabatlarda qeyd olunduğu kimi, nigah kəsdirərək vətəndaşlıq statusu qazanmaq Türkiyəyə qanunsuz yollarla gəlmiş mühacirlərin istifadə etdikləri ən asan yol hesab olunur. Bu vasitə ilə Türkiyə ərazisində qalmasını leqallaşdıran şəxslər ölkədə öz fəaliyyətini daha uğurla inkişaf etdirir və özünü deportasiya olunmaqdan sığortalamış olur. Məlumat üçün qeyd edək ki, Türkiyədə nigah kəsdirərək, bu ölkənin vətəndaşlığını almış Azərbaycan vətəndaşlarının əksəriyyəti qadınlardır. Azərbaycan kişilərinin qardaş ölkə ərazisində nigah kəsdirərək Türkiyə vətəndaşı olması faktına olduqca az rast gəlinir. Bu da sübut edir ki, Türkiyə ərazisində nigah kəsdirməklə deportasiyadan sığortalanmaq istəyən şəxslərin əksəriyyəti qeyri-leqal işlərlə, xüsusilə əksər hallarla qadın ticarəti ilə bu və ya digər şəkildə bağlı, yaxud bilavasitə fahişəliklə məşğul olan şəxslər və ya traffikə uğramış qadınlardır.

Türkiyədən çıxarılmış Azərbaycan qadınlarının 30 faizindən çoxu fahişəliklə məşğul olurmuş

Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi digər məlumata görə son 5 il ərzində Türkiyədə təqribən 400 min qanunsuz miqrant həbs edilərək deportasiya olunub. Bu sırada Moldova vətəndaşları əsas yer tutsa da, Rumınya, Rusiya, Ukrayna və Azərbaycandan olanlar da digər yerləri bölüşdürürlər. Bu sırada azərbaycanlıların sayı 6352 nəfər olmaqla 1,8 faiz təşkil edir. Bura, Türkiyə sərhədlərini qanunsuz olaraq keçmə, ölkəyə qeyri-qanuni yollarla gəlmə, qanunsuz vasitələrlə ölkə ərazisində qalmağa çalışma, viza vaxtı başa çatdıqdan sonra Türkiyə ərazisini tərk etməmə və ya müxtəlif qanunsuz vasitələrdən istifadə edərək yaşayış icazəsi almağa çalışmaqla Türkiyə qanunlarını pozmaq halları daxildir.

Qeyd edək ki, Türkiyə sərhədləri daxilindən çıxarılan azərbaycanlılar bir çox qanunsuz əməllərə görə deportasiyaya məruz qalıblar ki, onların da içində fahişəliklə məşğul olmaq və insan ticarəti biznesinə aludə olmaq əsas yer tutur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.