Allaha inamın dəyərli təsirləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allaha inamın dəyərli təsirləri
 
 » Din » Əqidə » Allaha inamın dəyərli təsirləri

     
 
Din » Əqidə: Allaha inamın dəyərli təsirləri
 
 
Müəllif: Zaur | 10 Sentyabr 2009 | 14032 dəfə oxunub
http://zeka.az/67-allaha-inamin-d601y601rli-t601sirl601ri.html

    Allaha inam insanda bir sıra müsbət təsirlər oyadır ki, onlardan bəziləri aşağıdakılardan ibarətdir:

1.    İnstinktlərin (qərizələrin) normal hala salınması

2.    Əxlaqi fəzilətlərin tərbiyə edilməsi

3.    Qanunların icra ediləcəyinə zəmanət və ədalətin geniş yayılma amili.

1. İnstinktlərin normal hala salınması

İnsanın bir sıra meyl və istəkləri vardır ki, həyatı bu meyl və istəklər üzərində qurulmuşdur. Lakin bu istəklər o zaman insanların xoşbəxtliyinə səbəb olur ki, onların işə salınmasında hər cür ifrat və təfrit sarıdan özünü çəkindirsin. Başqa ibarətlə desək: daxili meyl və istəklər adi halda olub, düzgün şəkildə yönləndirilsin. Məsələn, həddi buluğa çatmış oğlan və qızlarda “cinsi meyllərin” özünü büruzə verməsi daxili bir instinktdir ki, Yaradanın əli ilə onların daxilində yerləşdirilmişdir. Nəslin davamlı olması bu instinktlə əlaqəlidir. Amma əgər bu insan bu istəyin təmin edilməsində həddini aşarsa, nəticəsi kimsədən gizli qalmayan fəsadlara gətirib çıxarar.

 “Özünü sevmək” həyatın əsası hesab olunur və əgər insanın özünə olan əlaqəsi ondan alınarsa həyatın davamı üçün gərəkli olan hər cür fəaliyyətdən uzaq düşər, təhlükə zamanı özünü müdafiəyə qalxmaz. Əgər bu hiss həddini aşarsa bu zaman aldığı nəticə bədbəxtlik və ədalətsizlikdən başqa bir şey olmayacaq.

Qəzəb və hirsin də insan həyatında mühüm rolu vardır və bu hiss təhlükə anında insanın bütün maddi və mənəvi qüvvələrini müdafiə halına hazırlayır. Hər kəs bu hisdən məhrum olarsa özünü könüllü olaraq başqalarının təcavüzkar meyllərinə əsir edər. Əks təqdirdə, yəni bu hiss öz həddini aşdığı zaman nəticə ictimanı korlamaq və fəsadları artırmaq olar.

Xülasə insanın meylləri normal hala salınmazsa və o, yalnız öz qərizələrini (instinkt) doyurmaq fikrində olarsa ölüb-öldürmək, ədalətsizlik və digər onlarla fəsad törəyər.

Bu istəklərin normal vəziyyətə gətirilməsi üçün ən yaxşı yol-insanlarda məsuliyyət hissinin yaradılmasıdır. Belə ki, cəmiyyətin hər bir fərdi bütün anlarda, aşkarda və gizlində Allah qarşısında olduğunu, Allahın onun bütün əməllərinə nəzər saldığını bilməli və etiqad bəsləməlidir ki, Allah onun düzgün və layiqli işlərini dəyərləndirər və ən kamil şəkildə mükafat verər.

Bəzən elə şəxslərə rast gəlirik ki, bu şəxslər ehtiyaclı olduqları halda camaatın malına əl uzatmır, şəvhətinin şiddətli halında belə insanların namusuna təcavüz etmir, məqam və mənsəbə çatmaq naminə qanunsuzluğa və qeyri şərii işlərə yol vermir. Belə şəxslrin özlərini qorumasının dəlili - Allaha iman, mükafata ümid, cəzadan qorxmaqdır. Beləliklə, Allaha etiqad cilovlanmayan hisslərin nəzarət edilməsində çox təsiredici rola malikdir.

2. Əxlaqi fəzilətlərin (gözəlliklərin) tərbiyə edilməsi

Əxlaqi fəzilətlərə, insani səciyyələrə meyl etmək bizim xilqətimizin ayrılmaz hissəsidir. Başqa ibarətlə desək: yaxşılıqlara meyl, pisliklərə nifrət  bizdə fitri bir kökə malikdir. Heç kəs doğruluğu, əmanətə sədaqətli olmağı pis; peymanı sındırmağı isə yaxşı hesab etmir, sadəcə öz fitrətinin ziddinə hökm verənlər vardır. Ali insani ruhiyyənin tərbiyə olunmasında Allaha inamın və dindar olmağın mühüm təsiri ola bilər, çünki din öz proqramları ilə inkişafa sövq edir, mükafat müjdəsı və cəza təyini ilə insanları yaxşı işlərə yönəldib, pis işlərdən çəkindirir.

Alimlər məzhəbi əxlaqın əsası hesab edirlər, çünki iffət, əmanətdarlıq, düzgünlük, fədakarlıq, imkansızlara yardım və s. Kimi əxlaqi əsaslara (əxlaq normalarına) riayyət etmək, bir çox yerlərdə məhrumiyyətlərlə yanaşı mümkün olur. Allaha inam isə insanın həmin məhrumiyyətlərə dözə bilməsinə səbəb olur. Allaha inanan bu mərhumiyyətlərin əvəzində digər dünyada mükafatlanacağına inanır.

3.Qanunların icra ediləcəyinə zəmanət və ədalətin geniş yayılma amili:

Din və iman tərəfdarı olanlar hakimiyyətə sahib çıxdıqda, yalnız bir sıra aşkar xilafkarların qarşısını ala bilirlər, öz nəzarətlərindən uzaq gizli günahların qarşısını heç vaxt kəsə bilmirlər. Bu cür qanun pozuntularının qarşısını almaqda məsuliyyət hissi, iman, ilahi qəzəbdən qorxu çox böyük təsirə malikdir. Belə ki, Allaha inam, nəinki insanı açıq-aşkar günahlardan çəkindirir, hətta heç kəsin duymayacağı batini günahlardan da uzaqlaşdırır.

Bünövrəsini ilahi əzabdan qorxu və imana əsaslanan əxlaqın təşkil etdiyi bir cəmiyyətdə qanun ən gözəl şəkildə icra olunur və belə bir cəmiyyətdə qanunların icra olunması üçün polis nüfuzuna ehtiyac yoxdur.

Allah və məzhəbə etiqad bəsləməyin cəmiyyətə bu qədər faydalar yetirdiyini bildikdən sonra nə üçün bu haqda təhqiqat aparılmamalıdır? Belə bir təhqiqat inanclı bir cəmiyyət reallaşdığı surətdə ondan düzgün şəkildə yararlanmağa səbəb olar. Heç kəs təhqiqat aparmadan Allah, məad, mükafat və cəzanın yalnız bir təsəvvür olduğunu iddia edə bilməz. Lakin əgər təhqiqat aparmayaraq, sadəcə dili ilə bu sözləri deyərsə qəlbində əksini qəbul etmiş olar. İnsaflı və aqil bir şəxsin vəzifəsi bundan ibarətdir ki, bu haqda mütaliə edib tədqiqat apararaq Allaha düşüncəli şəkildə inansın və həm dünya, həm də axirət məziyyətlərindən bəhrələnsin. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.