Öyüd-nəsihət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Öyüd-nəsihət
 
 » İstirahət » Poeziya » Öyüd-nəsihət

     
 
İstirahət » Poeziya: Öyüd-nəsihət
 
 
Müəllif: Zaur | 11 İyul 2010 | 13011 dəfə oxunub
http://zeka.az/672-gygd-njsihjt.html

Bir alim oğlanlarına öyüd-nəsihət verib dedi:

-Əziz oğlanlarım, sənət öyrənin ki, dünya malına etibar yoxdur. Səfərdə qızıl-gümüşün qorxusu var, ya oğru aparar, ya xərclənib qurtarar, sənət isə qaynar bulaq, tükənməz bir xəzinədir. Sənət sahibi dövlətdən məhrum olsa da, qorxusu yoxdur, çünki sənət özü elə bir dövlətdir ki, ona sahib olan hara getsə, hörmət qazanıb yuxarı başda oturar. Sənətsiz adam isə dara düşdükdə əl açıb dilənçiliklə dolanar.

Beyt

Ağırdır rütbədən düşüb qul olmaq,

Naza öyrəşəndən sonrakı danlaq.

Şer

Nagahan Şamda bir iğtişaş düşdü,

Hərə baş götürüb qaçdı bir yana.

Elmli, kamallı kəndli övladı,

Gedib vəzir oldu şaha, sultana.

Lakin fərasətsiz vəzir balası,

Gəndlərdə diləndi hey yana-yana.

Şer

Ata mirasını istəyirsənsə,

Çalışıb atanın elmini öyrən!

Çünki dövlətini bir gün içində

Havaya sovurub xərc edəcəksən.

Sədi Şirazi

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.