Quran baxımından İnsan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Quran baxımından İnsan
 
 » Din » Əxlaq » Quran baxımından İnsan

     
 
Din » Əxlaq: Quran baxımından İnsan
 
 
Müəllif: Abdullah | 12 İyul 2010 | 12645 dəfə oxunub
http://zeka.az/678-quran-baxdmdndan-dnsan.html

Quran baxımından İnsan

 Ey insanlar! Verdiyi nemətlərdə sınamaq ücün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərindən üstün edən odur (Ənam 165).

Biz Qurani-Kərimi oxuduqda görürük ki, insan yalnız iki ayaq üzərində yeriyən və sadəcə nitqə malik olan bir varlıq deyil. Quran bizə insanın çox sirli bir varlıq olduğunu bəyan edir. Quran oxuyarkən həm təriflənib yüksək bir varlıq olduğunu, həm də məzəmmət edilib danlandığını müşahidə edirsən. Bəzən mələklərdən üstün tutulan insan, bəzən də, hətta dörd ayaqlı heyvanlardan belə aşağı səviyyəyə endirilir.

 Qurani-Kərim insanların malik olduğu istedad sayəsində həm təbiətə hakim ola biləcəyini, hətta mələkləri öz ixtiyarına ala biləcəyini, eyni zamanda öz çirkin əməlləri ilə cəhənnəmin ən aşağı təbəqəsi olan əsfəlus-safilinə düşəcəyini bəyan edir. Demək, insan taleyini özü müəyyən etməli və özünə aid olan bütün məsələlərdə son nəticəyə gəlməlidir.

Bir yandan İnsanın hörmət və şərəfə layiq olduğunu, digər məxluqlardan üstün yaradılıb vicdani, batini əxlaqa malik olduğunu deyir, bir yandan da “həqiqətən insan çox nankordur” deyib, insanın özünün dövlətli və bir şeyə ehtiyacı olmadığını gördüyü zaman tüğyan etməsindən danışır. “İnsana bir sıxıntı, xəstəlik, yoxsulluq, bəla üz verən zaman, ayaq üstə də, oturduqda da, uzandıqda da bizə dua edər “ – deyir. ” Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi cıxıb gedər “ –  deyir. Axı kimdir bu insanlar görəsən? Bu ayələr hansı insanlara aiddir?

 Qurani-Kərim nəzərindən insan bir çox müxtəlif istedadlara malikdir. O kamala çatmaq üçün öz istedadlarından səmərəli istifadə etməlidir. Bu istedadlardan əvvəli imandır. Məhz iman vasitəsi ilə təqva, saleh, əməl və Allah yolunda çalışmaq insana nicat verər. Əgər insan Allaha iman gətirib ona pənah apararsa, Onun əmr və qadağalarına tabe olub, Onun göstərişlərinə qəlbən riayət edərsə nicat tapar. Allahın insanlara olan əmrləri insanın xoşbəxtliyi üçündür. Allah öz qoyduğu hökmlərə riayət edən insanların həm dünya, həm də axirət səadətini öz öhdəsinə məqsəd qoymuşdur. Biz insanlar da məhz bu məqsəddən ayrı düşməriksə, o zaman kamala çatıb Quranda məzəmmət edilən insanlardan yox, təriflərə layiq olan bəndələrdən olarıq.

 Allah bizləri Ona layiqincə bəndəlik edənlərdən qərar versin!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: DOKMAN (18 Avqust 2010 18:57)



Qrup: İstifadəçi
Tarix: 18.08.2010
Bu cur gozel xebere gore muellife TWK-ler.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.