Şeyx Sədra Badkubei » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Sədra Badkubei
 
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Sədra Badkubei

     
 
Elm və mədəniyyət » Dahilər: Şeyx Sədra Badkubei
 
 
Müəllif: Zaur | 11 Sentyabr 2009 | 12938 dəfə oxunub
http://zeka.az/68-350eyx-s399dra-badkube304.html
alt

Hikmət, fəlsəfə və fiqh elmləri sahəsində görkəmli alim olan Molla Ağamirzə oğlu Sədrəddin hicri-qəməri tarixi ilə 1316-cı ildə Bakının ətraf kəndlərindən olan Qala kəndinin savadlı bir ruhani ailəsində dünyaya göz açmışdır. O, ərəb ədəbiyyatı ilə bağlı ilk ibtidai təhsilini atasından almış və 13 yaşında ikən atasını itirdikdən sonra əmisi Molla Məhəmməd Badkubeinin himayəsi altına düşərək dini təhsilini (ərəb ədəbiyyatı, fiqh, üsul, riyaziyyat...) elə əmisinin və Ağa Seyid Badkubei və s. kimi şəxsiyyətlərin kənarında davam etdirmişdir.

O dövr hələ Rusiya oktyabr inqilabından əvvəllərə təsadüf edirdi və Azərbaycan tam dini-məzhəbi bir məntəqəni təşkil edirdi. Şeyx Sədranın özünün də qeyd etdiyi kimi o vaxt təkcə Bakıda beş yüzə yaxın məscid və həmçinin geniş tələbə kütləsinə malik olan dini mədrəsələr fəaliyyət göstərirdi.

Azərbaycan rus bolşevik qoşunlarının işğalından sonra 19 yaşlı (h. q. 1335-ci il) Sədra təhsilini İranda davam etdirmək üçün Xorasana yollandı. O, öz macəralı səfəri haqqında belə yazır:

 “İşğaldan bir az müddət sonra bir neçə tələbə dostlarımla gecə ikən səfərə çıxdıq. Cənub sərhəd bölgələri bağlı olduğu üçün məcbur olduq ki, Xəzər dənizinin şimal-sahil məntəqələri piyada yola düşək. Bu səfər neçə ay, özü də tamamilə gizli surətdə baş verdi. Bu müddət ərzində azuqəmiz olmadığı üçün dəfələrlə məcburiyyət üzündən, hətta ilan şikar edib ətini yeyirdik.

Vətəndən didərgin düşüb, dözülməz üzücülüklə nəhayət, Türkmənistana gəlib yetişdik. Oradan isə müqəddəs Məşhəd şəhərinə yola düşdük. Beləliklə, şəhərin mədrəsələrindən birində sakin olduqdan sonra təhsilimizi davam etdirməyə başladıq”.

Şeyx Sədra 1336-cı (h.q) ilin rəbiül-əvvəl ayında müqəddəs Məşhəd şəhərinə daxil olmuş və orada qaldığı on iki il ərzində hədsiz zəhmətlərə qatlaşaraq “Əqli və nəqli elm” lərdə çox yüksək məqama nail olmuşdur. O, təhsilini davam etdirərək ərəb ədəbiyyatının təkmilləşdirmə kursunu Mirzə Əbdül-Cavad Nişapuridən (Ədibi-əvvəl), fiqh və fiqh üsulu elmlərini Seyid Baqir Rəzəvi və Seyid Cəfər Şəhristanidən, fəlsəfə və riyaziyyat elmlərini Şeyx Əsədullah Yəzdi və Ağa Bözörg Həkim Xorasanidən (Şəhidi) və “Fiqhi xarici”ni Mirzə Məhəmməd Ağazadə Xorasani, Hacı Ağa Hüseyni Təbatəbai Qumi və Şeyx Murtəza Aştiyanidən dərs almışdır.

O, ali təhsilini yekunlaşdırmaq və həmçinin daimi məskunlaşmaq məqsədi ilə 1344-cü (h.q) ildə İraqın Nəcəfi-əşrəf şəhərinə üz tutdu. Qısa bir müddətdən sonra orada Nəcəfin böyük alimlərindən sayılan Mirzə Yusif Sədrül-üləma Ərdəbili ilə qohum olaraq Ayətullahül-üzma Mirzə Baqir Zəncani (vəfatı 1394 h.q) ilə bacanaq oldu. O, ali səthdə fəlsəfə, fiqh və üsul elmlərini o vaxtın ən görkəmli alimlərindən olan Mirzə Hüseyn Naini, Seyid Əbulhəsən İsfahani, Şeyx Məhəmməd Hüseyn Kompani Naxçıvani İsfəhani və Ağa Seyid Hüseyn Badkubei kimi alimlərdən dərs alaraq həmin sahələr üzrə ali məqama yüksəldi. O, uzun müddət Nəcəfin “səlamət məqbərəsi” məhəlləsində fəlsəfə üzrə “hikməti-mütaliyə” və “fəlsəfəyi-məşşa” şöbələrini tədris etmiş və hal-hazırda Qum elmiyyə hövzəsinin böyük alimlərini təşkil edən bir çox şəxsiyyətlər yetişdirmişdir. Fəlsəfə və hikmət elmlərini tədris etməklə yanaşı fiqh, üsul və orta səthdə fiqh elmlərindən də dərs deyərək Nəcəfin geniş tələbə-ruhani auditoriyasını cəlb etmişdir. Bu fənlər orta səthdə olub Ayətullah Şeyx Müctəba Lənkəraninin dərsindən sonra 400-ə yaxın tələbə iştirak edirdi.

O, bir çox alimlər, o cümlədən Ayətullahül-üzma Mirzə Kazim Şirazi ( vəfatı h. q. 1376-cı il) tərəfindən müctəhidlik dərəcəsinə layiq görülmüşdür. Olduqca zahidanə yaşayan bu alim ədəb və əxlaqı ilə tələbələrin və camaatın ülgüsünə çevrilmişdi. Sadə məişətə malik olub çox kasıb güzəran keçirmiş, elmi məqamına görə məşhur olmasına baxmayaraq, təvazökarlığı üzündən öz fiqh risaləsini nəşr etdirməmişdir.O, keçən əsrin birinci yarısında Nəcəf elmiyyə hövzəsinin ən görkəmli və sevimli şəxsiyyətlərindən birinə çevrilmişdir. Onun yetişdirmiş olduğu alimlərdən bəzilərinin adlarını burada qeyd edirik:                                                                                                           

1. Ayətullahil-üzma şəhid seyid Məhəmməd Bəşir Sədr (şəhadəti h.q. 1404-cü il).

2. Mərhum Əllamə seyid Əbdüləziz Yəzdi (vəfatı h.q. 1416-cı il).

3. Ayətullah seyid Məhəmməd Kələntər Nəcəfi

4. Ayətullah Məhəmməd Baqir Müdərris Behsudi Əfqani.

Nəhayət o, 1392-ci (h.q.) ildə şaban ayının 11-də Nəcəf şəhərində vəfat edərək Vadius-səlam qəbristanlığında torpağa tapşırılmışdır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.