Fransada çadraya qadağa qoyulub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Fransada çadraya qadağa qoyulub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Fransada çadraya qadağa qoyulub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Fransada çadraya qadağa qoyulub
 
 
Müəllif: Carchi | 14 İyul 2010 | 12296 dəfə oxunub
http://zeka.az/683-fransada-gadraya-qadada-qoyulub.html

Fransada çadraya qadağa qoyulub

 İctimai yerlərdə üzü bağlı gəzənlər 150 avro cərimələnəcək

Fransada ictimai yerlərdə üzü örtən paltarların geyinilməsi qadağan edilib. Parlamentdə ötən gün keçirilən səsvermədə qanun layihəsinin lehinə 336, əleyhinə isə 1 nəfər səs verib. Ana muxalifət partiyası olan Sosialist Partiyasının millət vəkillərinin böyük əksəriyyəti isə səsverməyə qatılmaqdan imtina ediblər.

Qanuna görə, ictimai yerlərdə niqablı çarşab geyinənlər 150 avro cərimə ödəyəcəklər. Bu geyimlərin geyinilməsi üçün təzyiq göstərən şəxs isə bir il həbsdən tutmuş 30 min avro cərimələnməyə qədər cəzalandırıla bilər. Əgər təzyiq göstərilən şəxs 18 yaşından aşağıdırsa, bu cəza iki dəfə arta bilər.

Qeyd edək ki, səhhəti ilə bağlı maska taxanlar, bəzi idman növləri zamanı xüsusi maskalardan istifadə edənlər və karnavallarda üzü örtən paltarlar geyinənlər qaydaları pozmuş hesab edilməyəcəklər.

Qanun tezliklə qüvvəyə minməyəcək və onunla bağlı 6 ay müddətində "İctimaiyyətin maarifləndirilməsi" həyata keçiriləcək. Sentyabr ayında isə qanun senatın gündəliyinə çıxarılacaq.

Qeyd edək ki, Fransada 2 minə yaxın qadının niqablı çarşab geyindiyi bildirilir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.