"İslamı qəbul edən qadınlar" » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » "İslamı qəbul edən qadınlar"
 
 » Xəbərlər » Həftə içi xəbərlər » "İslamı qəbul edən qadınlar"

     
 
Xəbərlər » Həftə içi xəbərlər: "İslamı qəbul edən qadınlar"
 
 
Müəllif: Carchi | 14 İyul 2010 | 12579 dəfə oxunub
http://zeka.az/685-dslamd-qjbul-edjn-qaddnlar.html

"TaymsOnlayn" qəzeti: "İslamı qəbul edən qadınlar"

  "TaymsOnlayn" qəzeti Britaniyada İslamı qəbul etmiş qadınlar haqqında silsiləvi yazılarından daha birini çap edib. Yazıya görə Böyük Britaniyada

yaşayan qadınlar İslamla tanış olmağa və hicab geyinməyə meyillidirlər.

Bu dəfə ki, yazı britaniyalı gənc qadın Ketrin Hantleydir. O bir neçə ay əvvəl İslamı qəbul edib.

"Mən İslamı öyrənməyə başlayanda o məni özünə çəkdi. Həmişə olduqca mənəvi insan olmuşam. Ona görə də İslam məni cəlb elədi. Yadımdadır İslam haqqında oxumağa təzə başlayanda bütün pullarımı kitablara xərcləyirdim" - deyə Ketrin bildirib.

İslam haqqında oxuduğunu valideynlərindən gizlədən xanım təəsuratlarını oxucularla belə bölüşür: "Valideynlərimə əvvəlcə heç nə demədim. Kitablarımı və hicablarımı gizlətdim, çünki qorxdum ki, onların məsələdən xəbərləri olar. Valideynlərimə deyəndə onlar dəhşətə gəldilər və mənə dedilər ki, 18 yaşın olanda bu haqda düşünərsən indi isə olmaz. Bu sözlər məni həvəsdən salmadı əksinə İslama daxil olmaq üçün əlavə güc oldu".

Daha sonra İslamı sürətlə öyrənən xanım bildirib ki, dinə əsas yaxınlaşması Ramazan ayında olub. "Ramazan ayında daha sadə şəkildə geyinməyə başladım. Bir müddət sonra başa düşdüm ki, mənim ailəm İslamı yaşamağım üçün maneədir. Ona görə də bir gün evdən gizlicə qaçdım. Qatarla Bornmuta getdim. Mənə elə gəlirdi ki, hamı mənə baxırdı. Hicablı olduğumdan qocalar məni acı baxışlarla sezirdilər".

İslamın xeyirlərindən danışan xanım qeyd edib: "Mən insanların İslamı qəbul etməmə niyə maneə yaratdıqlarını başa düşə bilmirəm. Mənim yaşıdlarım narkotik dərmanlardan atır, siqaret çəkir və oğlanlarla görüşür. Mən isə bu murdar işlərin heç birin görmürəm. Buna da səbəb İslamdır".





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.