İslam dini Avropanı fəth edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam dini Avropanı fəth edir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam dini Avropanı fəth edir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İslam dini Avropanı fəth edir
 
 
Müəllif: Admin | 14 İyul 2010 | 13096 dəfə oxunub
http://zeka.az/686-dslam-dini-avropand-fjth-edir.html

 İslam dini Avropanı fəth edir

Son statistik göstəricilərə görə, Avropada 60 milyon müsəlman yaşayır

FaktXeber.com-un verdiyi məlmata görə, Almaniya universitetlərində İslam dini tədris olunacaq. Bu barədə ictimaiyyətə məlumat verən Almaniyanın Təhsil naziri Annette Şavah açıqlama verib. Köln şəhərində təşkil edilən “Almaniyada İslami araşdırmalar” adlı konfransda çıxış edən nazir bu il ilk dəfə olaraq universitetlərdə yüksək səviyyədə İslam dininin tədris ediləcəyini planlaşdırdıqlarını bildirib. “Bu plan ölkədə yaşayan müsəlmanların Alman cəmiyyətinə daha tez isinmələrinə kömək olacaq. Bu da dövlət universitetlərində yüksək səviyyəli din alimlərinin və imamların yetişdirilməsinə zəmin yaradacaq”,-Şavah deyib. Qeyd edək ki, ilk olaraq 2-3 universitetdə İslam dininin tədrisini planlaşdırdıqlarını açıqlayan nazir, Almaniyada təxminən 4 milyon müsəlmanın yaşadığını və bununu çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

 

Məlumat üçün bildirək ki, son zamanlar İslam dinin Avropa ölkələrin geniş yayılması və müsəlmanların sayının sürətlə artması qərb dünyasını qorxuya salıb. İtaliyada çap olunan "El-cornald" qəzeti "İslam Avropanı istila edir" sərlövhəli məqaləsində bu barədə geniş məlumat verir.  "Əgər vəziyyət bu minvalla irəliləsə iki yüz ildən sonra Avropa müsəlman olacaq və bütün göstəricilər, o cümlədən cəmiyyətin inkişafı bu proqnozu təsdiqləyir. İndi İslam İtaliya və Avropanın ikinci dinidir və gələcək İslama məxsusdur və heç bir din İslam sürətilə genişlənmir"-deyə qəzet yazır.

 

Nəzərinizə çatdıraq ki, Avropa cəmiyyətlərinin vətəndaşları arasında islamçılığın genişlənməsi nəticəsində Fransa, İngiltərə, Almaniya, İsveç, Avstriya, Hollandiya, İspaniya, Danimarka və.s kimi ölkələr yeni müsəlmanların statistikasının sürətli artımının şahidi olan ölkələr siyahısına qoşulmuşlar.

Tədqiqatçılar bu fikirdədirlər ki, İslam qəribə bir sürətlə Avropanı istila edir. İndi İngiltərə, Almaniya, Fransada müsəlmanların sayı 4-6 milyon nəfərə çatmış və digər Avropa ölkələrində də yüz minlərlə müsəlman yaşayır.

İtaliya

Mövcud məlumatlara əsasən, son illərdə İtaliyada on mindən çox xristian İslamı qəbul etmişdir.

Avstriya

Avstriyada bu ölkənin statistika mərkəzi tərəfindən təqdim olunmuş məlumata əsasən, təkcə 1981-1991-ci illərdə müsəlmanların sayı iki dəfə artmışdır. Halbuki bu ölkədə katolik və protestant kilsəsinin ardıcılları azalmağa üz qoymuşlar.

İspaniya

İspaniya jurnalisti xanım Əzizə (Qomis Sandris) də bu ölkədə İslam təməyül-lərinə toxunaraq demişdir ki: "İspan cavanlarının bəzisi İslama məhəbbətlərini bəyan etmişlər və yaşayış üçün başqa bir yol kimi ona bağlanmışlar. Aparılmış statistik hesablamaya görə, İspaniyada təxminən 30000 nəfər İslamı qəbul etmişlər."

Almaniya

Almaniyanın "Şpigel" jurnalı  "Müsəlman olan almanların sayı artır" başlıqlı məqaləsində yazmışdır: "Almaniyanın 700 məscidində ölkə vətəndaşı olan təxminən 100000 müsəlman Məkkədəki qibləyə tərəf namaz qılır. Müsəlman olan almanların sayı hər gün artır. 1991-ci ildə Festqalin bölgəsində 80 nəfər müsəlman var idi, halbuki indi onların sayı 150 nəfərdir.

"Şpigel" jurnalının başqa bir məlumatında yazılmışdır ki, cari ilin əvvəllərində 8000-dən çox alman qadın müsəlman oldular və onların çoxu namazı öz iş yerlərində, başqalarının qarşısında qılırlar. "Şpigel"in məlumatına əsasən, indi Almaniyada müsəlmanlar ən böyük dini azlığa çevirmişlər.

Fransa

Fransanın "Luyon" qəzeti bu ölkədə müsəlmanların artması ilə bağlı məlumatında yazmışdır: "1970-ci ildə Fransada müsəlmanlar üçün yalnız 23 ibadət yeri var idisə, 1979-cu ildə İran İslam Respublikasının qurulmasından sonra İslamçılıq və dini məkanların artımı genişlənmişdir".

Bu qəzet sonra əlavə etmişdir: "1992-ci ilə kimi Fransanın namazxana və məscidlərinin sayı 1273-ə çatmışdır ki, onlardan 360-ı Paris və ətraf məntəqələrdə yerləşir".

Fransa televiziya kanallarında Orta Şərq işləri üzrə ekspert doktor Əsəd Heydər bu barədə demişdir: "1980-ci ildən İslama qayıdış və yönüm prosesi Fransada genişlən-məyə başladı və 1980-ci ilə kimi İslamın ikinci din kimi rəsmiyyəti yox idi. Amma indi bu bir həqiqətdir ki, İslam Fransanın ikinci dini sayılır".

Fransada İslama yönüm hadisəsi o qədər ciddidir ki, ölkənin "Fiqaro" qəzeti bu barədə yazmışdır: "Bu gün fransız cavanlar əvvəlkindən daha çox İslam dininə üz tuturlar".

Məşhur fransız jurnalisti Firi Dubumun bu ölkədə İslamçılığın inkişafı haqqında yazmışdır:

"İslamı mütaliə etdiyim zamandan həmişə fransız qadınların müsəlman olması məsələsi mənim təəccübümə səbəb olurdu. Xüsusilə müsəlman olan fransız qadınların sayı təxminən yüz minə çatanda həmişə bu sualı verirdim: Necə olur ki, on illərlə qadınların azadlıq və bərabərliyinə nail olan fransız qadını qərblilərin dediyi kimi, qadın hüquqlarını tapdalayan dinə üz tutur?!"

İngiltərə

İngiltərə Dövlət Radiosunun (BBC) təqdim etdiyi məlumata əsasən ölkə əhalisinin böyük bir qismi hər gün İslamı qəbul edir. London İslam Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunmuş statistikaya görə, Londonda hər ay 50 qadın İslamı qəbul edir.

Təkcə son iki ildə 20000 təhsilli ingilis qadını İslamı qəbul etmişlər. İngiltərə jurnalisti Lusi Birinqton "Tayms" qəzetində yazdığı məqalədə bu barədə bildirmişdir: "İngilis qadınlarının çoxu İslama üz tuturlar, müsəlman olan ingilis qadınlarının sayı dəfələrlə artmışdır". Brinqtonun məqaləsində verilmiş elmi məlumatlardan biri də budur ki, "İngiltərədə yeni müsəlmanların sayı mühacirlərin sayına bərabər olacaq, yaxud onlardan çox olacaq.

Bu sahədə hər bir tədqiqatçının fikrini özünə cəlb edən maraqlı məsələ budur ki, "İngiltərədə rəsmi statistika onu göstərir ki, "Məhəmməd" adı "Con" adından çoxdur. "Məhəmməd" adı 37-ci yerdə, "Con" adı 39-cu yerdədir və bu məsələnin dərin məna və məfhumu vardır.

Hollandiya

Hollandiyanın Misirdə yerləşən qədim abidələr üzrə müəssisəsinin müdiri Freyd Lehmausun dediyinə görə bu ölkədə İslama zidd təbliğatın aparılmasına baxmayaraq, İslamı qəbul edən hollandların sayı günbəgün artır.

İsveç

İsveçdə də İslam genişlənməkdədir və müxtəlif maneələrin olmasına baxmayaraq, məscidlər və İslam cəmiyyətlərinin sayı artır. 1976-cı ildə İsveçdə on altı min müsəlman olduğu halda, 1988-ci ildə altmış min nəfərə və 1995-ci ildə iki yüz min nəfərə çatmışdır.

Danimarka

Danimarkada İslam çətinliklə olsa da, tam əminliklə ölkənin səs-küylü həyatının mərkəzində addımlayır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.