Həzrət Hüseynin mövludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Hüseynin mövludu
 
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Hüseynin mövludu

     
 
Xəbərlər » Əlamətdar günlər: Həzrət Hüseynin mövludu
 
 
Müəllif: Zehra | 22 May 2015 | 12871 dəfə oxunub
http://zeka.az/687-hjzrjt-hgseyn-js-dn-mgvludu.html

Həzrət Hüseynin mövludu

Əziz müsəlman bacı və qardaşlar, Cənnət cavanlarının ağası, Xanım Zəhranın (ə.s.) gözünün nuru, Zeynəbin fəxri, Kərbala sultanı Həzrət Hüseyn (ə.s.)-ın mövlud günü münasibəti ilə sizləri təbrik edir və o Həzrətin həyatı barəsində qısa bir məlumatı diqqətinizə çatdırırıq:

Həzrət Hüseyn h.q. 4-cü il (m. 626) Şaban ayının 3-ü (ya da 4-ü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli və Peyğəmbər qızı Xanım Zəhra (s.ə.)-nın ikinci övladı idi.
Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır.Həsənin şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, h.q. 61-ci ili (m. 680) Məhərrəm ayının 10-da İraqın Kərbəla çölündə şəhid edilmişdir. 
 

 Bir gün Hüseyn süfrə açmış bir dəstə yoxsul fəqirə rast gəldi. Onlar dedilər: "Ey Peyğəmbər(s.) övladı, buyurun, biz fəqirlərlə bir süfrə başında əyləşin!". Hüseyn buyurdu: "Allah lovğaları sevmir. Mən sizin dəvəti qəbul etdim, siz də mənim dəvətimi qəbul edin." Dedilər: "Məmuniyyətlə, ey Peyğəmbər(s.) balası!". onunla birgə onun mənzilinə gəldilər. Hüseyn ev əhlinə buyurdu: "Evdə nə varsa, qonaqlar üçün gətirin".
Həzrət Hüseyn(ə.) Üsamə ibn Zeydin (xəstəliklə bağlı) görüşünə getdi. Üsamə Hüseynı görən kimi dedi: "Ah, bu qəm qüssə əlindən!". Hüseyn buyurdu: Qardaşım, nədən qəmlisən?". Dedi: "60000 dirhəmlik ağır bir borc var öhdəmdə". Hüseyn: "Nigaran olma mən ödəyərəm – dedi. Üsamə: "Qorxuram əcəlim möhlət verməyə". Hüseyn: "Arxayın ol, nə qədər ki, dirisən mən sənin borcunu verəcəyəm". Ravi deyir: "Hüseyn Üsamənin ölümündən qabaq bütün borclarını ödədi".
Ərəb köçərilərindən biri Mədinəyə gəldi. Səxavətlə, kəramətlə ən yaxşı adamı soraqladı. Dedilər: "Axtardığın Həzrət Hüseyndir." Ərəb məscidə daxil olub Gördü ki, Həzrət namaz qılır. İmamın yanına gələrək, şerlə ehtiyacını dilə gətirdi. Hüseyn evə gəlib, Qənbərə buyurdu: "Hicaz malından bir şey qalıbmı?". Dedi: "Bəli qırx min dinar." "Hamısını gətir, bizdən daha layiqli biri var, pula möhtacdır." Hüseyn evin qapısını yarımçıq aralayıb, pulları ərəbə verdi. Şübhəsiz, İmamın belə etməkdən məqsədi bu idi ki, ərəblə göz-gözə gəlməsin və o, xəcalət çəkməsin. Ərəb pulları götürüb ağlaya-ağlaya dedi: "Məgər az bağışlamısan ki, belə edirsən? Ilahi, bu bərəkətli və səxavətli əllər necə torpağa gömüləcək?!".
Səccad buyurur: "Atam Həzrət Hüseyndən eşitmişəm ki, əgər kimsə məni təhqir edib sonradan üzr istəsə, onun üzrünü qəbul edər, bağışlayaram. Çünki Əli ibn Əbu Talib mənə babam Peyğəmbərin(s.) sözlərini çatdırmışdır: "Üzr istəyənin üzrünü qəbul etməyən kəs, Kövsər hovuzundan su içməz."
Hüseyn yoxsullar və əlsiz-ayaqsızlarla birgə oturaraq deyərdi: "Allah lovğa və özünü çəkən insanları sevmir." Bir gün yavan çörək yeyən bir dəstə uşaqla rastlaşdı. Uşaqlar Hüseyndan xahiş etdilər ki, onlarla birgə yesin. Hüseyn son dərəcə mehribanlıq və səmimiyyətlə uşaqların xahişini qəbul edib, onlarla süfrə başına əyləşdi. Sonra uşaqları öz evinə apardı. Yedizdirəndən və geyindirəndən sonra buyurdu: "Bu uşaqlar məndən səxavətlidirlər. Çünki nələri vardısa bağışladılar, mən isə onlara malımın bir hissəsini bağışladım.
Hüseynin xidmətçilirəndindən biri günah işlətmişdişdi. O, tənbeh olunmalıydı. Hüseyn cəzalandırılmasını rədd etdi. Xidmətçi dedi: "Ey mənim ağam, Allah-təala buyurur: "O mütləqdir ki bolluqda da, qıtlıqda da (malları yoxsullara) xərcləyər, qəzəblərini udarlar." Hüseyn buyurdu: "Onu bağışlayın. Qəzəbimi uddum." Xidmətçi dedi: "İnsanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." Hüseyn buyurdu: "Səni Allaha xatir azad etdim." Sonra göstəriş verdi ki, ona layiqli ənam versinlər.
Hürr ibn Yəzid Riyahi Kərbəlada (Allah ona rəhmət etsin) min nəfər döyüşçü ilə Hüseynin qoşununa yaxınlaşdı. O. Qızmar havada İmam və səhabəsinin yolunu kəsib mane oldu. Hüseyn və silahdaşları da qılınc çəkib onların qarşısında dayandılar. Bu vaxt, Hüseyn gördü ki, düşmən qoşunu susuzluqdan çox əzab çəkir. Dərhal ətrafındakı gənclərə buyurdu: "Adamlara və miniklərə doyunca su verin". İmamın göstərişi ilə su qablarını doldurub, Hürrün qoşununa və miniklərə su verdilər. Əli ibn Məharibi deyir: "Mən Hürrün qoşunundan ora axırıncı yetışən şəxs idim. Susuzluq məni və dəvəmi taqətdən salmışdı. Həzrət Hüseyn mənim və dəvənin nə qədər susuz olduğunu görüb buyurdu ki, dəvəmi yatırım. Əvvəlcə dəvəni suvardım. Hüseyn mübarək əli ilə su məşkini tutub mənə içirdi.
Bir kişi Hüseynin hüzuruna gəlib salam verdi. Dərdini açıb söylədi: "Hüseyn can, alicənab babanın belə buyurduğunu eşitmişdim: "Ehtiyacın olsa, dörd şəxsdən istə; şərəfli ərəbdən, kəramətli mövladan, Quran hafizindən, xoşsifət insandan." Baban Rəsulallahın (s.ə.s) şərəfilə şərəflənibsiniz., kəramət rəftarınızda və vücudunuzdadır. Quran sizin evə nazil olub, gülərüzlükdə sənə məxsusdur. Rəsulallah buyurub: "Nə vaxt çöhrəmi görmək arzusunda olsanız, Həsən və Hüseynin çöhrəsinə baxın.
Hüseyn kişini dinlədikdən sonra buyurdu: "İstədiyini de". Kişi İstədiyini barmağı ilə torpaq üstdə yazdı.Hüseyn dedi: "Atam Əlidən eşitmişəm: "Hər kəsin qiymətli saydığı şeyin dəyəri qədərdir." Babam Peyğəmbər(s.) Buyurub: "Hər kəsin dərrakəsi və mərifəti qədər ona yaxşılıq və məhəbbət olunmalıdır." Sənə üç sualım var. Düzgün cavabların hər birinə mal-dövlətimin üçdə bir hissəsini verəcəyəm. Əgər hamısına düz cavab versən bütün var- dövlətimi bağışlayacağam." Kişi dedi: "Soruşun, bilsəm, cavab verərəm, bilməsəm, sizdən öyrənərəm. Axı elm və şərəf sahibisiniz." Hüseyn dedi: "Ən yaxşı iş hansıdır?" Kişi: "Allaha inanmaq və Peyğəmbəri(s) təsdiq etmək." Hüseyn buyurdu: "Bəndəni məhvdən xilas edən yol hansıdır?" Kişi: "Allaha arxalanmaq, Ona təvəkkül etmək." Hüseyn : "İnsanın bəzəyi nədir?". Kişi dedi: "Həlimlik (helm) ilə yanaşı birgə olan bilik (elm)." Soruşdu: "Əgər elmi olmasa necə?". Cavab verdi: "Kəramət və səxavətlə birgə sərvət". Soruşdu: "Əgər sərvəti olmasa necə?". Cavab cerdi: "Səbr ilə birgə olan yoxsulluq". Soruşdu: "Əgər səbri və dözümü olmasa necə?". Cavab verdi: "Göydən od gəlib onu yandırar". Hüseyn güldü və içində min qızıl dinar olan pul kisəsini ona bağışladı. Sonra iki dirhəm dəyərində üzüyünüdə verib buyurdu: "Min qızıl dinarla borcunu ödə, üzüyü də ailənə sərf et". Kişi Hüseynin bəxşişlərini alıb dedi: "Allah rəhbərliyi kimə tapşırdığını yaxşı bilir."
Aşura günü Hüseynin çiynində iz görüb Səccaddan soruşdular: "Həzrətin çiynindəki bu iz nədir?". Səccadd buyurdu: "Bu iz atam Hüseynin dul qadınlara, yetimlərə, əlsiz-ayaqsızlara ərzaq daşıdığı qabın izidir."
Əbdürrəhim Silmi Hüseynin övladına mübarək "Həmd" surəni öyrətdi. Həzrətin övladı surəni atası üçün oxuduqda, Hüseyn müəllimə min libas və min dinar pul bağışladı. Üstəlik, müəllimin ovcunu dürr ilə doldurdu. İmamdan "niyə bu qədər hörmət edirsən?" ¬–deyə, soruşduqda, o buyurdu: "Bu hədiyyələr onun tədrisinin əvəzini necə ödəyə bilər?".
Üsam ibn Müstələq Şami deyir: "Mədinəyə gələndə Hüseyn İbn Əlinin gözəl çöhrəsini gördüm. Onun məsum görkəmi, şövkəti və cah-calalı məndə paxıllıq hissi yaratdı. Atasına qarşı qəlbimdəki nifrət və düşmənçiliyi aşkarlamaq istədim. Yaxınlaşıb nifrətlə dedim: "Ey Əbu Turabın oğlu?!". İmam(ə.) dedi: "Bəli." Üsam: "Bacardığım qədər o Həzrətin atasına təhqiramiz sözlər söylədim." mehriban mülayim tərzdə mənə buyurdu: "Qovulmuş Şeytandan Allaha pənah aparıram. Rəhman və Rəhim Allahın adı ilə başlayıram. Bağışlamaq yolunu tut, yaxşılığa əmr et və nadanlardan uzaq ol."
Bu ayə Peyğəmbərin(s) gözəl əxlaqına işarədir. Sonra buyurdu: "Mənimlə mülayim və sakitcəsinə rəftar et ki, həm öz işini, həm də mənim işimi asanlaşdırasan. Allah-təaladan əfv dilə." Dedi: "Bizdən kömək istəyirsənsə, əsirgəmərik. Başqa bir şeyə ehtiyacın varsa istədiyini verərik. Nəsihətə və düz yolu tanımağa ehtiyacın varsa, doğru yolu göstərərik." Üsam deyir: "Yanlış və təhqiramiz sözlərimə görə peşman oldum. Həzrət duydu ki, peşmanam, buyurdu: "Yusifin xətakar qardaşlarına dediyi sözü məndə deyirəm: "Bu gün sizə məzəmmət və danlaq yoxdur. Allah bağışlasın sizi, O, rəhm edənlərin ən yaxşısıdır." Üsam deyir: "O qədər təhqir və ədəbsizliyimin qarşısında Həzrətin belə gözəl rəftarı mənə elə təsir etdi ki, utandığımdan lap yerə girmək istədim. Çarəsiz qalıb Həzrətin məclisini tərk etdim." Bu hadisədən sonra mənim üçün Həzrət Hüseyn və atası Əli ibn Əbu Talibdən sevimli və əziz adam yox idi. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.