Yalanı uşağa kim öyrədir?! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Yalanı uşağa kim öyrədir?!
 
 » Sağlamlıq » Psixologiya » Yalanı uşağa kim öyrədir?!

     
 
Sağlamlıq » Psixologiya: Yalanı uşağa kim öyrədir?!
 
 
Müəllif: Zeyneb | 15 İyul 2010 | 12601 dəfə oxunub
http://zeka.az/688-yaland-ueada-kim-gyrjdir.html

Yalanı uşağa kim öyrədir?!

Övlad – ailəni ailə kimi qoruyan!

Övlad – olmayanda ailələr dağılar!

Övlad – uğruna can verilə biləcək varlıq!

Övlad anlayışını və onunla başlayan problemləri burada qeyd etməyə başlasam, bəlkə də bitməz, xüsusilə Azərbaycan ailəsindəki övlad üçün. Amma bu gün ümumi övlad anlayışına deyil, onunla bağlı bəzi problemlərdən birinə toxunmaq istəyirəm. Təxminən hər dörd ailədən birində rast gəlinən bu problem uşaqların yalan danışmasıdır.

Gəlin araşdıraq: 4-6 yaş arasında olan uşaqlar yalanı hardan öyrənir?

Apardığım müşahidələr zamanı aşkara çıxdı ki, biz uşaqlarımıza çox vaxt yalanı və başqa bu tip pis keyfiyyətləri özümüz öyrədirik.  Ya bilərəkdən, ya bilməyərəkdən bu keyfiyyətlərin toxumunu uşağın beyninə səpirik .

Yəqin bunu oxuyan an hamınız “ola bilməz” deyəcəksiniz .

Amma gəlin misallar  verim : Ailədə kişi xanımının hansısa qohumunu sevmir və  məsələn, onun evlərinə gəlməsini istəmir. Nəhayətində bu istənilməyən qonaq evə gəlir və ər – kişi işdədi. Qadın ailədə söz-söhbət duşməsin deyə uşaqlara tapşırır ki, axşam ata evə gələndə filankəs xalanın bizə gəldiyini deməyin. Hətta bəzən ata sizdən soruşsa belə gəlmədiyini deyin ...

Yüzlərlə belə misallar çəkmək olar. Amma yuxarıda çəkdiyim bu bir misalla kifayətləndim. Həyatınıza baxın,  nə qədər belə oxşar hadisələr baş verir.

İndidən uşaqlarınızı zəhərləməyin . İndi uşaq kimi baxdığınız övladınız gələcəyin parlaq simasıdır.

Kökü yalandan qoyulan heç bir iş uğurlu alına bilməz .

Nəzərə alın və heç olmasa həyatınıza tətbiq edin                       

Psixoloq  Zeynalova Zeynəb Adil qızı

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.