Sonsuzliqda yeni müalicə üsulları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Sonsuzliqda yeni müalicə üsulları
 
 » Sağlamlıq » Təbabət » Sonsuzliqda yeni müalicə üsulları

     
 
Sağlamlıq » Təbabət: Sonsuzliqda yeni müalicə üsulları
 
 
Müəllif: Zaur | 15 İyul 2010 | 13788 dəfə oxunub
http://zeka.az/689-sonsuzliqda-yeni-mgalicj-gsullard.html

Sonsuzluqda yeni müalicə üsulları 

Son vaxtlar tez-tez rast gəlinən sonsuzluğun müalicəsində yeni tətbiq olunmağa başlanan mikrodisseksiyon TESE üsuluyla əlaqədar nələri bilirik?

Kişi sonsuzluğu necə yaranır?

Kişi sonsuzluğunda hər keçən gün yeni bir müalicə üsulu inkişaf etdirilər. Bunlardan biri olan mikrodisseksiyon TESE üsulu əvvəlkilərə nisbətən daha çox adamın ata olmasına imkan verir.

Kişi sonsuzluğu bir çox dəyişik səbəbə bağlı olaraq ortaya çıxar. Keçirilmiş infeksiyalar, genetik səbəblər, hormonal pozuqluqlar, diabet, böyrək çatışmazlığı kimi metabolik xəstəliklər və ekoloji faktorlar da müstəqil olaraq kişi sonsuzluğunun başlıca səbəbləri arasındadır.

Bunlarla bərabər çirkliliyin artması, radiasiya, kimyəvi maddələrə məruz qalma, siqaret istehlakının artması, spirtli içkilərin istifadəsi də kişi sonsuzluğunu yaradan digər səbəblər sırasındadır.

Ancaq hazırda səbəb nə olursa olsun, bədənində sperma olmayan xəstələrdə də müxtəlif üsullarla sperma yaradıla bilir. Və bu üsulların da ən yaxşısı və etibarlısı Mikrodisseksiyon TESE üsuludur.

Mikrodisseksiyon TESE nədir?

Mikrodisseksiyon TESE, ya da adətən mikrodasa deyilən üsul, yumurtalıqdan əməliyyat mikroskopu vasitəsiylə sperma axtarılması əməliyyatına verilən addır.

Adətən yumurtalığında sperması olmayan xəstələrə tətbiq olunur. Yumurtalıqda yaranan spermanı daşıyan kanal bağlantıları açıldıqdan sonra, yumurtalıqda sperma yaranmasıyla əlaqədar problemlərə bağlı olaraq irəliləyən azoosperma vəziyyətlərində sperma tapmaq məqsədiylə tətbiq olunur.

Bu texnikanın yaranma səbəbi isə azoospermik xəstələrdə yumurtalıq içində kiçik fokuslayar şəklində sperma yollarının varlığının kəşf edilməsidir. Bu üsul bizə xəstələrdən cərrahiyyə ilə sperma əldə edilməsi yolunu açdı və bu şəxslərin köməkçi vasitələrlə ata olmasına şərait yarandı.

Necə həyata keçirilir?

Yumurtalıqdan cərrahi yolla sperma əldə edilməsi, əvvəllər TESE deyilən üsul ilə yumurtalığın açılaraq yumurtalığın ölçüsünə görə təyin olunan sayda hissə alınması şəklində idi. Bu üsul yumurtalıqdan ehtiyacdan çox hüceyrə alınması və yumurtalığa müəyyən nisbətdə zərər verilməsi ilə nəticələnirdi. Ancaq mikroTESE üsulu daha fərqlidir və hüceyrə alınması mikroskopik üsulla həyata keçirilir.

Əməliyyat mikroskopu 20-30X böyütmə təmin edərək, yumurtalıq içində sperma axımını təmin edən kapilyarların görünməsini təmin edir. Fəal olaraq sperma axımına kömək edən kanalların içindən çıxarılmış sıx sperma hüceyrələrinə görə bu kanallar, içi boş kanallardan daha geniş diametrli görünür. Cərrah bu kanalları tapıb yığdığı zaman həm spermanın həcmi, həm sayı srtır.

Bu kapilyarların cərrah tərəfindən aşkarlanması yumurtalıqdan əlavə hüceyrə alınmasının qarşısını aldığı üçün, yumurtalıq toxuması da qorunur. MikroTESE əməliyyatı, mikroskop altında bütün yumurtalıq içindəki kapilyarların araşdırılmasını tələb etdiyi üçün 2 saata qədər vaxt alıq. Əməliyyatdan sonra xəstə yenidən müayinə edilir və evə buraxılır.

Bu üsulun üstünlükləri nələrdir?

MikroTESE əməliyyatının üstünlükləri sadalandıqda, əvvəllər tətbiq olunan TESE üsuluna görə təxminən 50 faiz daha çox sperma tapılmaq şansıdır. Bir az da irəli gedərək söyləmək olar ki, TESE ilə sperma tapılmayan xəstələrin təxminən 33 faizində sperma aşkarlanır. Beləcə, yeni üsulla sperma tapıntısı daha çox xəstənin ata ola bilməsinə imkan verir.

Dr.Semih Özkan

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 18
Robot: 3
Qonaq: 15
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.