Şəhid ailəsini ziyarət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid ailəsini ziyarət
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid ailəsini ziyarət

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhid ailəsini ziyarət
 
 
Müəllif: Carchi | 17 İyul 2010 | 14205 dəfə oxunub
http://zeka.az/690-ejhid-ailjsini-ziyarjt.html

 Şəhid ailəsini ziyarət

İyul ayının 16-da Lənkəran şəhərinin möminləri Biləsuvar rayonu Əliabad kənd sakini Ağakərim İbrahimova oğlu Şəhid Mübariz İbrahimov üçün baş sağlığı verməyə gediblər. Bu görüşlə bağlı bəzi maraqlı anları diqqətinizə çatdırırıq:

  Şəhidin atası Ağakərim İbrahimova oğlunun cəsədinin ermənilər tərəfindən qaytarılmamasına aid sual verənlərə onun verdiyi cavab “zeka. az” saytının diqqətini çəkdi. O, bildirdi ki, Seyid Mübarizin cəsədinin qaytarılmaması onu narahat etmir, çünki Mübarizin arzusu şəhid olmaq idi və Mübariz şəhid olub arzusuna çatıb. O, arzusuna çatıbsa mən də arzuma çatmışam. Əsas onun ruhudur və bu ruh ali şəhidlik məqamına ucalıb. O ki, qaldı ermənilərin cəsədi qaytarmamasına – mən onlardan bunu gözləyirdim. Ermənilər Azərbaycan xalqının mərd oğullarının ancaq cəsədindən qisas ala bilərlər, diri ikən buna cəsarət edə bilməzlər.

 Ağakərim İbrahimov daha sonra qeyd edib ki, Mübariz şəhid olanadək mənim oğlum idi, şəhid olduqdan sonra bütün Azərbaycan xalqının oğludur. A. İbrahimovun söylədiyinə görə Mübariz özünü çoxdan şəhid olmaq uğrunda tərbiyə edirdi.

  Şəhidin anası isə çox konkret danışdı:

   Mən fəxr edirəm ki, mənim Mübariz kimi qeyrətli, şücaətli və adı kimi mübariz oğlum var.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 9
Robot: 4
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.