Allahın ən acığı gələn halal iş » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Allahın ən acığı gələn halal iş
 
 » Sağlamlıq » Psixologiya » Allahın ən acığı gələn halal iş

     
 
Sağlamlıq » Psixologiya: Allahın ən acığı gələn halal iş
 
 
Müəllif: Zeyneb | 22 İyul 2010 | 13167 dəfə oxunub
http://zeka.az/699-allahdn-jn-acddd-gjljn-halal-ie.html

 Allahın ən acığı  gələn  halal  iş

   Allahın ən acığı  gələn  halal  iş talaqdır. Talaq boşanmaq deməkdir. İki evli gəncin  ayrılması – boşanmaq deməkdir.

  Bu  dəfəki  məqaləmi  bəlkə  çoxları  başa düşməyəcək. Bəlkə  məqaləm  qəbul olunmayıb, tənqid ediləcək. Amma tənqid oluna-oluna  bir çox düzlər qəbul  olunub. Bu  həyatın  qanunudur.

 Mən  psixoloqluğumdan  istifadə  edərək  onlarca  ailənin  problemini  gördüyümçün  bu  məqaləni  yazmağa  (Allahın  lütfü ilə) cürət  edirəm.  Məqaləmdəki  məsləhətlər  heç  də  hamıya  şamil deyil. Hətta  deyərdim  ki, bu  tip  problemlər  fərdi  surətdə həll olunur, yəni  hər  bir  ailədə, hər bir şəxsə  ayrı variant qoyulur.

  Keçim məqaləmin məğzinə.

Azərbaycan toyu… Qəbul  etdiyimiz  standartlar: Toy… Həri - həyə, təmtəraqlı nişan, bayramlıqlar, qız toyu, xına, oğlan toyu və s. Bu  qədər  canfəşanlıqdan sonra qurulan ailə. Toydan  bir  müddət  sonra ailədə  baş verən narahatçılıqlar, davalar, hörmətsizliklər, uşaqların gözü  önündə  baş  verən  şiddətlər və s.

Bu  zaman  adətən  ən yaxşı halda psixoloqlara müraciət edilir. Əvvəllər  bu  halda  işə  ağsaqqallar  qarışardı. Lakin indi müasir  dövrdə ağsaqqallar  özü,  yəni valideynlər  özü  iki  gənci  ayırmağa  cəhd  edirlər. Bəlkə  boşanmayacaq  bir  ailəni  valideynlər  elə  bir  vəziyyətə  gətirirlər  ki, boşanmaqdan  başqa  variant  qalmır.

Ən  birinci  bu  tip naratçılığı  olan  ailələrə  müraciətim, bəlkə  də  bir  təklifim  var. Odun üstünə kibritlə getməyin. Bir az  yumşaq  davranın. Bu  ailədi, sevgililik  deyil  ki, deyəsiz bitsin. Nişanlılıq dövrü  deyil  ki, deyəsiniz  bir-birimizi  tanıyırıq – alınmadı. Bu artıq qurulmuş ailədir. Bəlkə  artıq  ortada  övladlar var.

  Sizə  ailəni necə  bərpa  etməli  olduğunuzu  bu  məqqaləmdə  yazmayacam . Kifayət  qədər  bu  haqda   məlumata maliksiniz. Mənim bu  saytda  əvvəlki  məqalələrimə  də  baxa  bilıərsiniz. Amma  bəzi  ailələrə  rast  gəlirəm  ki, artıq  ailələrində  vəziyyət  elədir  ki, kişi-qadın münasibəti  qalmayıb, qarşılıqlı  hörmət sıfıra düşüb  və  s.  bu  tip problemlər.

İndi də keçim  məqaləmin acı, amma  düz  tərəfinə. Baxın  əzizlərim , əgər  hər  şeyi  etmisinizsə, yəni  qondarma  qürurunuzu  bir  kənara  atıb  ailənizi  bacardığınız  qədər  qorumusunuzsa  və  mən hər şeyi elədim  deyə  biləcək   qədər  cəhd  etmisinizsə  o  zaman  artıq  ciddi  fikirləşin.

  Bu  həyat  müəyyən  hədəflər  üçün  insana  əmanət  verilmiş  qısa  bir  dövrdür  və  əgər  bu  dövrü  siz  ancaq  münaqişəyə, daim  mübarizəyə   həsr  edəcəksinizsə  baxın, o zaman  əsas  hədəf  və  məqsəd  unudulacaq.

  Boşanma  həm  dünyəvi, həm  də  dini  qanuna  görə  problemsiz bir işdi. Amma  dini  nöqteyi-nəzərdən  əgər  bir  ailə  boşanarsa  o  zaman  hədislərə  əsasən  Allahin ərşi titrəyir. Yəni  heç  bir  səbəbsiz  bir  kişi  bir  qadını  boşaya  bilər – haram da deyil. Amma  elə  bilməyin  boşanandan  sonra  hər  şey  gözəl  olacaq. Hər  iki  tərəf  əziyyət  çəkəcək. Ortada  uşaqlar  sizə  görə  əziyyət  çəkib müxtəlif  psixi  travmalar  alacaq.

Yəqin  məqaləmdən  mənim  yekun  nəticəmi  ala  bilmədiniz. Əvvəldə  yazdığım  kimi , bu  fərdi  məsələdi. Qərarı  kişi  ilə  qadın  özü  verməlidi, yəni  əgər  bu  münaqişələr  nəticəsində  bir  qadının  əsəbləri  tamam  pozulubsa, hirsini uşaqlara  tökürsə, daimi olaraq  həkimlərdə  qalıbsa  və  illərdi  belə  davam  edirsə, qarşılıqlı  razılığa  gəlib  bir  nəticəyə  gəlmək  lazımdır. Baxın  əgər bu həyatı yaşayıb  cənnəti əldə  etməkdirsə  həyatımızın  meyarı , o  zaman  bu  vəziyyətdə  nəinki  cənnəti  qazanarsız, hətta  bəzi  hərəkətlərinizə görə əziyyətə də  düçar  ola  bilərsiniz.

 Sonda  isə  çox  xahiş  edirəm  bu  tip  problemləri  olan  ailələr  psixoloqlara, əgər  bu  alınmırsa  ailə  böyüklərinə  müraciət etsinlər.

Psixoloq Zeyneb Adil qızı Zeynalova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Sema (26 Yanvar 2011 23:39)



Qrup: İstifadəçi
Tarix: 26.01.2011
İster oglan ister qiz aile quranda cox fikirlesmelidir.Xususile qizlar.Tebii ki aile qurandan son nefesine qeder heyatini eyni insanla kecirmek isteyenler.Hec bir insan ayrilacam deye aile qurmur.Heyatda neler olacagini yalniz Allah bilir.Allah etmemis aile ugursuz olanda qizlar daha cox ezab cekir.Gunah aile qurulub ayrilmis qadinin evvelki heyat yoldasinda olsa bele cox vaxt qadın gunahlandılır.Aile qurub ayrilmis kisi ile cox subay qiz var ki aile qurmaga raziliq verir.Amma qadinlarin kisilere nisbeten istedikleri insanla aile qurmaq sanslari daha azdi.Hem aile ugursuz olanda ve hemin ailede usaq varsa aile dagilanda qadinla kisiden cox usaq eziyyet cekir.Usaq valideynleri arasinda qalır.Bilmir ki hansinin meslehetine qulaq assin.İster aile quranda,isterse de aileler dagilanda yaxsi fikirlesmek lazimdir.Xususile usaqlari olan valideynler.Allah haminin komeyi olsun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.