İdmançı mənəviyyatı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmançı mənəviyyatı
 
 » Sağlamlıq » İdman » İdmançı mənəviyyatı

     
 
Sağlamlıq » İdman: İdmançı mənəviyyatı
 
 
Müəllif: Muslim | 16 Sentyabr 2009 | 12900 dəfə oxunub
http://zeka.az/70-304dman231305-m601n601viyyat305.html

Mübarək Ramazan ayı olduğu üçün bu dəfə də bəhsimizdə bu ayla bağlı idmana aid olan mövzulardan birinə işarə edəcəyik.

Keçmiş SSRİ dövründə dinimizə və mənəvi dəyərlərimizə elə zərbələr vuruldu ki, indi də cəmiyyətimizdə olan çoxlu fəsadlar onlarla bağlıdır. Əvvəllər çoxları dini inanclarını gizlədir, ya da inanclarını çox ehtiyatla bəyan edirdilər.

Amma sonralar Allaha şükürlər olsun ki, dini inancla bağlı danışmaq üzərindən cüzi də olsa yasaqlar götürüldü. Ölkəmizin hər təbəqəsində dinə əqidəsi və imanı olan böyük şəxsiyyətlər görünməyə başlandı. Necə ki, indi tez-tez bütün təbəqələrdə, məsələn: həkim, professor, müəllim və sair dinə qəlbən bağlı olan insanlara rast gəlirik.

Bu, idman sahəsində də özünü göstərməkdədir. Azərbaycanımızı təmsil edən müxtəlif idman növlərində dindarların olduğunun şahidi olmuşuq. Bəzən qələbə çalan idmançılarımızın da müxtəlif hərəkətlərlə Allaha şükür etdiyini, köynəyində müqəddəs sözlərin yazıldığını və rəqibinə qalib gəldikdə ucadan dinə aid olan sözləri işlətdiyini görürük.

Belə hallar çox təqdirə layiqdir, çünki güclü mənəviyyat idmançının iradəsini qələbə çalmaq üçün gücləndirir. Əksinə, mənəviyyatsız olmaq keçən bəhslərimizdə işarə etdiyimiz kimi bəzi idmançılarımızın fəsada qapanmasına şərait yaradır. Belə fəsadlar dindar təbəqədə isə olmur. Bu gün istər idmanda, istərsə də başqa sahələrdə insanların yüksək əxlaqi xüsusiyyətlərə və mənəviyyata sahib olması mühüm rol oynayır. Necə ki, alimlər və psixoloqlar dindar təbəqədə narkomaniya, oğurluq, qətl və sair kimi ictimai fəsadların az olmasını etiraf edirlər. Hətta həkimlər inancı güclü olan xəstələrin daha tez sağalmasını təsdiq edirlər.

Təəssüflər olsun ki, bu yaxınlarda Avropanın bəzi idman klublarında (xüsusən futbolda) bəzi idmançılara oruc tutmağın qadağan olduğunu eşitdik. Belə ki, bəzi idmançılar oruc tutduğuna görə üzvü olduğu komandadan ixrac olunacaqları ilə təhdid olundular. Buna baxmayaraq, müsəlman idmançılar oruc tutmaqlarında israrlıdırlar. “Time”  jurnalı 40 dərəcə istiliyə baxmayaraq, Qatar və Birləşmiş Ərəb Əmirliyinin müsəlman futbolçularının 90 dəqiqə oyununun şahidi olduğunu yazır. Bu jurnal futbolçular haqqında deyir: “Müsəlman futbolçular Ramazan ayını və futbolu birlikdə qeyd edirlər.”

Əlbəttə, bunun müsəlman idmançılara qarşı ayrı-seçkilik olduğunu deyənlər də var. Çünki xristian futbolçulara belə maneələr törədilmir, hətta onlara öz dini ayinlərini yerinə yetirmək üçün şarait yaradılır və xüsusi tətil vaxtları verilir. Lakin İtaliyalı jurnalist Masimo Donaydo Milan şəhərində katolik universitetinin müəllimlərindən biri ilə belə nəticəyə çatmışdır: “Hər bir idmançının haqqıdır ki, başqa idmançıların haqqını tapdalamadan öz dini vəzifəsini yerinə yetirsin.”

Deməli, məntiqlə fikirləşsək mənəviyyatlı olmaq idmançı üçün heç də qəbahət sayılmır, əksinə, onun idman fəaliyyətində müsbət təsir göstərir.

Bir daha bu orucluq ayında Allahdan bütün idmançılarımızın müvəffəq olmasını arzulayırıq!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.