Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi
 
 
Müəllif: Admin | 22 İyul 2010 | 12700 dəfə oxunub
http://zeka.az/700-prezident-ejhid-gizirj-milli-qjhrjman-add-verdi.html

Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

Qeyd edək ki, gizir Mübariz İbrahimov iyunun 18-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma zamanı şəhid olub və meyiti təmas xəttinin ermənilərin nəzarəti altında olan hissəsində qalıb. Həmin döyüşdə erməni tərəfi ciddi itki verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.