Telefonun dinlənildiyini necə öyrənmək olar? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Telefonun dinlənildiyini necə öyrənmək olar?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Telefonun dinlənildiyini necə öyrənmək olar?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Telefonun dinlənildiyini necə öyrənmək olar?
 
 
Müəllif: Carchi | 24 İyul 2010 | 13019 dəfə oxunub
http://zeka.az/703-telefonun-dinljnildiyini-necj-gyrjnmjk-olar.html

Telefonun dinlənildiyini necə öyrənmək olar?

Bunu müəyyən etməyin 5 yolu

ABŞ-da rusiyalı casusların saxlanması, casusların dəyişdirilməsi, gizli bilgilərin əldə edilməsi telefon danışıqlarının dinlənilməsi məsələsini yenidən gündəmə gətirib. Rusiyanın "Arqumentı i faktı" qəzeti telefonun dinlənildiyini müəyyən etməyin yollarını araşdırıb. Qəzetin araşdırmasına görə, telefonda müşahidə ediləcək 5 dəyişiklik dinlənmə ehtimalını gücləndirən səbəblərdəndir.

Sən demə, başqasının telefonuna dinləmə proqramı yerləşdirmək çox asandır. Gələn hər hansı mesaja cavab yazmaq, musiqi, foto və ya video yükləməklə bu proqram yüklənə bilər.

Mobil telefonunuzun dinlənildiyini anlamağın 5 yolu:

1. Telefonun batareyası həddindən çox qızırsa,

Telefonda çox danışanda onun qızması təbiidir. Ancaq uzun müddət ona toxunan olmayıbsa və aparat qızıbsa, demək onun içərisində nə isə baş verir.

2. Telefonun enerjisi tez bitirsə,

Düzdür bəzən enerji aparatları zaman keçdikcə yararsız hala düşür. Ancaq istənilən halda üç gün kifayət edən enerjinin bir saatda bitməsi təəcüblüdür.

3.Telefonu bağlayanda gecikmə olursa,

Telefon bağlananda işığının da eyni anda sönməsi lazımdır.

4.Telefonda baş verən qəribə hadisələr,

Əgər telefonunuzun işığı özü-özündən yanıb sönürsə, bağlanırsa, sizi kim isə dinləyə bilər.

5.Telefondan cızıltı səsləri gəlirsə,

Bəzən belə səslərin gəlməsi qüllədə olan problemlərdən irəli gələ bilər. Amma səs və cızıltı daima gəlirsə, bu, telefonun dinlənilməsi deməkdir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.