Təyyarənin qara qutusu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Təyyarənin qara qutusu
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Təyyarənin qara qutusu

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Təyyarənin qara qutusu
 
 
Müəllif: Zaur | 25 İyul 2010 | 13050 dəfə oxunub
http://zeka.az/705-tjyyarjnin-qara-qutusu.html

Təyyarənin qara qutusu

 Qara qutu (ingiliscə, Black box) - təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır.

 Sual oluna bilər, qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

 Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.

 Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi. Sonralar isə bu qutular təyyarənin quyruq qisminə qoyulmağa başlandı. Əlbəttə, bu təyyarənin quyruq qismindəki oturacaqların daha etibarlı olduğu demək deyil, ancaq bu yer qutuların təyyarənin xarabalığından uzağa düşməsini təmin etməkdədir. Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada bir formada fırlanaraq yerə düşən təyyarələrdə sərnişinlərin sağ qalma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin hazırlandığı material bu baxımdan vacib deyil. Təyyarə yerə bütün halda çırpılsa da, düşən bir liftdə olduğu kimi yolçular toqquşmanın şiddətindən həyatlarını itirərlər.

 Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər, ancaq insanların yalnız ölüm səbəblərini dəyişər. Təyyarənin materialını qaraqutu materialından düzəltmək, parçalanmaq və yanğın təhlükələrinin qarşısını alar, ancaq təəssüf ki, bu materialdan düzəldilmiş təyyarə də uça bilməz. Qaraqutuların rəngləri qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi xarabalıq içindən daha rahat tapılması üçündür.

 Bunu da nəzərinizə çatdıraq ki, "Associated Press"-ə istinadən verdiyi məlumata görə, təyyarələrdə "Qara qutu" adlandırılan avandanlığın ixtiraçısı avstraliyalı mühəndis Devid Varren vəfat edib. Mühəndis 1925-ci ildə Avstraliyanın şimal-şərqində anadan olmuşdur. Qeyd edək ki, 9 yaşında olarkən aviaqəza nəticəsində atasını itirən "Qara qutu" cihazının ixtiraçısı, bundan sonra bu cihazın hazırlanmasına çalışıb. Devid Varren 1952-ci ildən etibarən bu cihaz üzərində Melburnda yerləşən araşdırmalar laboratoriyasında işləməyə başlayıb. O, növbəti il bir təyyarənin qəzaya uğramasını araşdırarkən, pilotdan belə bir cihazın hazırlanması barədə təklif alır.  Beləliklə, təklif üzərində işləyən Varren, artıq 1956-cı ildə  "Qara qutu" cihazının ilkin formasını hazırlayaraq ictimaiyyətə təqdim edir. Əvvəllər aviaşirkətlər yeni ixtira ilə bir o qədər də maraqlanmasalar da, lakin 1960-cı ildən etibarən Devid Varrenin ixtira etdiyi "Qara qutu" cihazı, Avstraliya dövləti tərəfindən alınır və bütün aviaşirkətlərə bu cihazdan istifadə barədə qərar qəbul olunur.

Hazırladı Zaur

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.