Xilaskar... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Xilaskar...
 
 » Elm və mədəniyyət » Dahilər » Xilaskar...

     
   
 
Müəllif: Mircefer | 26 İyul 2010 | 12659 dəfə oxunub
http://zeka.az/707-xilaskar.html
  

    Xilaskar...

 Hamı  gözləyir. Keçmiş  zamanlarda  da  gözləmişlər. Bəzi  insanlar  dinə  əsasən  gözləyir. Bir  para  adamlar  isə  dinə  bağlı  olmasalar da  hansısa  xoşbəxtliyi  gözləyirlər. Görürsən  bəzən  biri  digərinə  öz  dərdini  deyəndə  tərəf  belə  cavab  verir: Hər  şey  yaxşı  olacaq. Darıxma!!!

 Bu  təsəlli,  hər  şeyin  yaxşı  olacağını  gözləmək  görəsən  haradan  doğur? Hər  şey  yaxşı  olacaq  deyə  təsəlli  verən  şəxsə  nə  üçün heç  kəs  etiraz  etmir? Demək  hamı  gözləyir. Bəs  insanlar  görəsən  nəyi  gözləyir? Kimi  gözləyir? Bu  ülvi  gözləmək  hissi  nədən  qaynaqlanır?

 Bəşəriyyətin  elmi, mədəni  və  sivilizasiya  mənbəyi  olan  bütün  dinlər  insanlara  gözləməyi  məsləhət  görür. Yəhudilik, məsihilik, buddizim, məcusilik  və s. hamı  gözləyir. Müsəlmanlar  da  gözləyir.

 Şiə də  gözləyir, sünnü  də. (Əlbəttə  sünnü  qardaşlarımız  nə  sirri  Xudadırsa  gözləmirlər, halbuki  Quran  və  sünnədə (Peyğəmbərimizin yol və qaydasında)  gələcəyin  saleh  insanların  əlində  olacağı  və  salehlərin  rəhbəri  olan  Həzrət Məhdi  (ə)  barəsində  inkarolunmaz  miqdarda  məlumat  var. Rəsulullahın  (s)  hədisi - şərifinə  əsasən  ən  fəzilətli  ibadət  saleh  dünyanın qurulmasını (İmamın  zühurunu) gözləməkdir).

 Bəli!  İmamın  zühurunu  gözləyirlər. İndi  oxucu  deyəcək  ki, digər  dinlərin  nümayəndələri  imamı  necə  gözləyə bilər   ki, hətta  imamı  tanımırlar  belə!

 Bu  sualın  cavabını  aşağıdakı  fərziyyədən  tapın:

 Fərz  edin  ki, bir  şəxs  bir  meşədə azğın  düşüb. Bu  şəxs  elə  hey  xilas  olmaq  barəsində  düşünür. Bu  məqsədlə  bir  gün yırtıcıların  içinə, o biri gün isə dənizə  baş  vurur. Xilas  yolu  tapmadığı  üçün  dağa  qalxır. Bir  şey  çıxmadığını  görüb  adamyeyənlərin  toruna  düşür  və  belə-belə  bütün  yolları  yoxlayır. Nəhayət... günlərin  bir  günü  bir  bələdçi  ona  kömək  edir. Bələdçini  görən  kimi  azmış  insanın  ilk  sözü  bu  olur: Gəl  çıx da... Gör  nə  vaxtdır  ki, səni  gözləyirəm!

 Hə, bax  bu  oldu  xilaskarı  gözləmək! İnsan  həqiqətən  xilas  olmaq  istəyirsə  əsl  xilaskarı  tanıyan  kimi  dərhal  onu  axtarmağa  çalışar.

 Bu  günə  qədər  sınamadığımız  hansı  yol  qalıb? Feodalizm, sosializm, kapitalizm, humanizm, demokratiya  və və və.

 Heç biri  kar  edə bilmədi.

 Gəlin  imamı  gözləyək. Gəlin  onu  gözləməyin  tələb  etdiyi  əməlləri  həyata  keçirək. Gəlin  zühura  heç  olmasa  bu  batil  gözləmələr  qədər  dəyər  verək.

 Allah  bizləri  hidayət  eləsin. Amin!!!

 İlahiyyatçı  alim:  Hacı  Seyyid  MirCəfər  Əyyubzadə

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (25 Sentyabr 2010 15:05)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Kaş ki, tez gəlib hər şeyi öz yoluna qoyaydın Ağam!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.