Müsahibimiz Dilarə Məmmədova Kamal qızıdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Dilarə Məmmədova Kamal qızıdır
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz Dilarə Məmmədova Kamal qızıdır

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz Dilarə Məmmədova Kamal qızıdır
 
 
Müəllif: Zehra | 26 İyul 2010 | 12625 dəfə oxunub
http://zeka.az/710-mgsahibimiz-dilarj-mjmmjdova-kamal-qdzdddr.html

 Müsahibimiz Dilarə Məmmədova Kamal qızıdır. O, 16 fevral 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lenin adına Azərbaycan Pedoqoji institutunun filologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin fakültəni dil-ədəbiyyat ixtisası üzrə bitirmişdir. Elə həmin ilin sentyabr ayında  Şağlaküçə kənd orta məktəbində əmək fəaliyyətinə başlamışdır. Artıq 28 ildir ki, həmin məktəbdə tədrislə məşğuldur. Ailəlidir, iki övladı var.

 Sual: 15 şaban İmam Zamanın dünyaya gəldiyi gündür. İstifadəçilərə bu günlə bağlı qısa məlumat verməyinizi xahiş edirik.

 Cavab: Həzrət İmam Zaman (Allah onun zühurunu tezləşdirsin) hicrətin 255-ci ili şəban ayının 15-də Samirra ( keçmiş adı – Surra mən rəa) şəhərində, cümə günü sübh azanına yaxın anadan olub. Onun ata-anasının irsiyyəti mənim üçün maraqlıdır. Anası Nərgiz xanım – ata tərəfdən Rum padşahının qızı, ana tərəfdən isə İsa peyğəmbərin canişinlərindən olan Şəmunun nəslindəndir. Onun doğulduğu gecə, yəni 14 şəbandan 15-nə keçən gecə əhya saxlayıb  ibadətlə məşğul olmaqla, günü isə oruc tutmaqla sanki özümüzü az da olsa o həzrətə yaxınlaşdırmış oluruq. Məlumdur ki, bütün əməllər ağanın gözləri önündədir və buyurulur ki, harda şiyələr toplanıb xeyir işlə məşğul olarlarsa İmam özü oradadır, ona görə də bizlərin bir yerə toplaşaraq cəm halında  bu əməlləri icra etməsi daha münasibdir.

 Sual: İmam Zamanın qeybdə olduğu illəri intizar adlandırırlar. Sizin üçün intizar nə deməkdir?

 Cavab: Ən böyük ibadət İmamın zühurunun intizarında olmaqdır, (son illəri çıxmaqla) mən ömrümün ötən illərinə boylanıb görürəm ki, o Həzrətin zühurundan məlumatım olmayıb, xəbərsiz olmuşam. Sadəcə uşaqlıqda yaşlılardan İmam haqda ”12-ci İmam sağdır ”, ”Onun adı gələndə ayağa durmaq lazımdır”–  ifadələrini eşitmişəm. İndi Onun qeybi haqqında müəyyən məlumatım var. İslam dini haqqında elm, maarif yasaq olunduğundan mənim kimi milyonlarla insan o Həzrətdən məlumatsız olub. Şükürlər olsun Uca Allaha ki, sovet rejimi dağılandan sonra dinin təbliği bir növ azad oldu və bunun sayəsində də sanki İmam bizim üçün yenidən doğuldu. Həyatda sevdiyimiz insanlarla görüşü necə səbirsizliklə gözləyirik?! Kaş o həyacanın yarısını Ağanın intizarında keçirərdik! İstərdim ki, ömrümün qalan illəri həqiqi mənada intizar içində keçsin. Qoy bu intizar ən əsas təlabatımıza çevrilsin – necə ki, susayanda su ardınca qaçdığımız kimi.

 Sual: Siz bir müəllim kimi dövrün İmamına gərəkən məhəbbəti şagirdlərinizin qəlbində yaratmaq üçün hansı addımı atırsız?

 Cavab: Bədii əsərlərin tədrisi prosesində, əsərlərdə rast gəldiyimiz mənfi halların – süründürməçilik, özbaşınalıq, bir sözlə insan hüquqlarının tapdalanması və sairənin aradan qaldırılması,  xoşbəxt bir cəmiyyətin qurulması barədə danışarkən, şagirdlərimi sağ İmamımızın həyatı, varlığı, zühuru barədə məlumatlarla maarifləndirirəm.

  Müəllimin işi təkcə tədrislə bitmir, müəllim ilk öncə özü və sözü ilə şagirdlərini tərbiyə edir, bu mənada mən də şagirdlərimə vaxtaşırı İslam dini və onun dəyərləri haqqında məlumat verirəm, onları haqqa dəvət edirəm.

 Sual: Allah-Taala ədalətli dövlətin qurulması haqqında bizə vəd verməklə nəyi bildirmək istəmişdir?

 Cavab: Allah özü adil olduğu üçün bizə ədalətli dövlətin qurulacağını vəd vermiş və bununla bildirmək istəmişdir ki, ədalətli dövləti axirətdə yox, elə bu dünyada da qurmaq olar. Lakin biz insanlar ədalətli cəmiyyətin qurulmasının qarşısını alırıq. Peyğəmbərimizin (Allahın salamı ona olsun) dünyadan köç etdiyi, Əlinin haqqı tapdalandığı gündən müsəlmanlar zəlalətdədir. İmamət səmasının on bir ulduzunu müxtəlif yollarla söndürən insanlar daha nə istəyir? On ikinci ulduzu qeybə çəkməklə Allah insanları həm tənbeh etmiş, həm də ədalətli hökuməti qurmaq uğrunda onları mübarizə meydanına dəvət etmişdir. Sədəqə vermək üçün bircə dilənçinin belə tapılmadığı, müsbət mənada ən adi istəklərin belə həyata keçəcəyi bir cəmiyyəti bir an təsəvvür etdikdə insan necə İmam Zamanın intizarında olmaya bilər?! Necə belə bir cəmiyyətin qurucusu olan şəxsi inkar eidb sevməyə bilər?!

 Sual: Həzrət Məhdinin zühuru ilə bağlı əlamətlərin bizim əsrimizdə artdığı bildirilir. Siz bu əlamətlərin hansını  daha çox müşahidə etmisiniz?

 Cavab: Ən çox təbiətdə baş verən hadisələr – ardıcıl Ay və Günəş tutulmaları, əksər ölkələrdə təbii fəlakətlərin artması, qışa aid xüsusiyyətlərin özünü isti aylarda, yaya aid xüsusiyyətlərin isə özünü soyuq fəsillərdə göstərməsi; İnsanlar arasında isə vaxtsız ölümlərin gəlməsi, xəstəliklərin artması, qohumluq əlaqəlrinin kəsilməsi daha çox müşahidə olunur.

 Sonda zəka.az saytının əməkdaşlarını və bütün müsəlmanları İmam Zamanın mövludu münasibətilə təbrik edir və arzu edirəm ki, biz müsəlmanların ən əsas vəzifəsi İmam Zamanı həqiqi mənada gözləməkdən ibarət olsun.

Hazırladı Aynur Əzimova

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.