Ermənilər Azıx mağarasında qazıntılara başlayıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ermənilər Azıx mağarasında qazıntılara başlayıb
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ermənilər Azıx mağarasında qazıntılara başlayıb

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Ermənilər Azıx mağarasında qazıntılara başlayıb
 
 
Müəllif: Elirza | 27 İyul 2010 | 12822 dəfə oxunub
http://zeka.az/711-ermjniljr-azdx-madarasdnda-qazdntdlara-baelaydb.html

Ermənilər Azıx mağarasında qazıntılara başlayıb

1999-cu ildən aparılan qazıntılar iyulun ortalarında bərpa olunub

Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunun Füzuli rayonu ərazisində yerləşən qədim Azıx mağarasında qazıntıları bərpa ediblər. Erməni saytı “Armeniya Today”ın yaydığı xəbərə görə, Azərbaycan məskənlərində qazıntılar iyul ayının ortalarından başlanıb.

Qeyd edək ki, ermənilər Azıx mağarasında 1999-cu ildən qazıntı aparırlar.

Xatırladaq ki, Azıx Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində yerləşən mağaradır. Mağara Azərbaycanın Fizuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993 -cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf edib və üzərindəki pərdəni götürməyə başlayıb. Aydın olub ki, bura dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskənidir. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum olub ki, onun ən azı 350-400 min illik bir tarixi var.

 

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.