Dünyanın ən ağıllı insanları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanın ən ağıllı insanları
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünyanın ən ağıllı insanları

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünyanın ən ağıllı insanları
 
 
Müəllif: Carchi | 27 İyul 2010 | 14498 dəfə oxunub
http://zeka.az/712-dgnyandn-jn-addlld-insanlard.html

Dünyanın ən ağıllı insanları

4 aylıq danışan körpə, 10 yaşında məzun olan uşaq, 7 yaşlı cərrah və s.

1. Kim Unq Yonq

1962-ci ildə Koreyada doğulan Unq Yonq dünyanın ən ağıllı insanı kimi Ginnesin rekordlar kitabına düşüb. 4 yaşında universitetə gedən koreyalı gənc 15 yaşında Kolorado universitetində müdafiə olunub. 6 yaşına qədər fizika fakültəsində qonaq kimi dərslərə qatılıb. 7 yaşında NASA tərəfindən ABŞ-a dəvət edilib. 1978-ci ildə Koreyaya qayıdaraq yerli universitetlərdən birində dərs deməyə başlayıb.

2. Akrit Jasval

Hindli uşaq dünyanın ən ağıllı uşaqlarından biridir, Hindistanın isə ağıllı insanıdır. Dünya onunla ilk dəfə 2007-ci ildə 7 yaşında olarkən evində keçirdiyi cərahiyyə əməliyyatı sayəsində tanış olub. Hindli oğlan əli yanan və barmaqları bitişən qızı əməliyyat edib. 12 yaşında uşaq xərçəngin müalicəsini tapmağa yaxınlaşdığını iddia eib. Hazırda universitetdə təhsil alan Akrit Hindistanın ən gənc tələbəsidir.

3. Kleopatra Stratan

3 yaşlı moldovalı bu qızcığaz ifa etdiyi hər mahnıya görə, 1200 dollar qazanır. O indiyə qədər uğurlu albom çıxaran ən gənc ifaçıdır. Lakin uşağın rekordları bununla kifayətlənmir. Belə ki, Kleopatra kütlə qarşısında canlı konsert verən, ən çox qazanan, MTV mükafatı alan, ölkənin ən hit mahnısının müəllifi olan ilk uşaqdır.

4. Maykl Kevin Kearni

Hazırda 26 yaşı olan Maykl Kevin 10 yaşında universitet bitirib. Kevin 4 aylıq ikən danışmağa başlayıb. Altı aylığında isə həkimə sol qulağında problem olduğunu bildirib. 10 aylıq ikən oxumaq-yazmaq öyrənib. Onun adı universitet bitirən ən gənc insan kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan əlavə o, "Kim milyonçu olmaq istəyir?" yarışmasının qalibi olub. Yarışmanın finalında "dosta zəng" köməyindən istifadə edib. Hamı onun sualın cavabını atasından soruşacağını düşünsə də ,o, "Ata, 1 milyon dolları aldım. Evə gəlirəm" deyib.

5. Corc Smit

1990-cı ildə doğulan Corc Smit 2 yaşında yazıb-oxumaq öyrənib, 10 yaşında universitetə daxil olub. Smit boş vaxtlarında dünyadakı uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olur. 20 yaşlı gənc vaxtıilə Bill Klinton, Mixayıl Qorbaçovla görüşüb, BMT-də çıxış edib. Bütün bu uğurlarına görə, Corc Smit 4 dəfə Nobel mükafatı laureatı olub.

6. Aelita Andre

Avstraliyalı qız 2 yaşında rəsmlərindən ibarət sərgi açdırıb. Maraqlısı budur ki, Melburnda rəsm qalereyası sahiblərindən biri əsərləri görüb onlara heyran olduqda və sərgi keçirmək istəyəndə, onları 2 yaşlı uşağın çəkməsindən xəbərsiz olub. İki yaşlı uşağın qeyri-adi qabiliyyətini öyrənəndən sonra heyrətə düşsə də, sərgi fikrindən daşınmayıb.

7. Saul Aron Kripke

S.Kripke 4-cü sinifdə riyaziyyat dahisi adını qazanıb. Orta məktəbdə oxuduğu müddətdə Harvard universitetindən iş təklifi alıb. Kripke Nobel müfafatından geri qalmayan "Schock" laureyatıdır. O bu gündə dünyada yaşayan ən gənc filosofdur.

8. Fabiano Lugi Kaurana

İtaliya və Amerika vətəndaşı olan bu uşaq 14 yaşında dünyanın ən gənc şahmat ustası olub.

9. Eliana Smit

7 yaşlı Eliana radio proqramları ilə məşhurlaşıb. Uşaq dinləyicilərinin dərdlərini dinləyir, onlara məsləhətlər verir. Sevgilisindən ayrılan qadına verdiyi məsləhətində isə "Onun üçün kədərləndiyinə dəyməz. Həyat bir kişinin arxasından ağlayacaq qədər uzun deyil" demişdi.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.