Plastik qablardan hazırlanan qayıq okeanı keçə bildi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Plastik qablardan hazırlanan qayıq okeanı keçə bildi
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Plastik qablardan hazırlanan qayıq okeanı keçə bildi

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Plastik qablardan hazırlanan qayıq okeanı keçə bildi
 
 
Müəllif: Zaur | 27 İyul 2010 | 12530 dəfə oxunub
http://zeka.az/713-plastik-qablardan-hazdrlanan-qaydq-okeand-kegj-bildi.html

Plastik qablardan hazırlanan qayıq okeanı keçə bildi

Altı nəfərlik komanda məqsədinə nail olub

12 500 ədəd istifadə olunmuş plastik qabdan hazırlanan “Plastika” katamaranı Sakit okeandan keçərək Avstraliya sahillərinə çata bilib. Dörd ay əvvəl San-Fransiskodan yola düşən 18 metr uzunluğundakı qayıq sağ-salamat Sidneyə çatıb.

Altı nəfərlik heyət üzvü təqribən 40 dərəcə istidə 13000 kilometrə qədər məsafəni üzdükdən sonra sahilə çıxıb. Okeanın ortasında fırtına ilə bacaran heyət üzvləri sahilə yaxınlaşdıqca qayığı idarə etməkdə nisbətən çətinlik çəkdiklərini etiraf ediblər.

Devid Rotşildin rəhbərlik etdiyi heyətin məqsədi ictimaiyyətin fikrini zibillərin utilizasiyasına yönəltmək olub. Onlar qərara gəliblər ki, qeyri adi qayıq düzəltməklə okeanı çirkləndirən zibilin necə faydalı şəkildə təkrar emal olunmasını göstərə bilərlər.

Bütün səyahət boyunca isə heyət üzvləri balaca kayutada yaşayıblar. Duzlu su ilə duş qəbul edən macəra həvəskarları dörd ay boyunca konservləşdirilmiş məhsullarla qidalanıblar. Qayığın göyərtəsində həmçinin tərəvəz də yetişdirilib.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.