Bizi gözləyən dəhşətli fəlakət » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bizi gözləyən dəhşətli fəlakət
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bizi gözləyən dəhşətli fəlakət

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bizi gözləyən dəhşətli fəlakət
 
 
Müəllif: Admin | 28 İyul 2010 | 12258 dəfə oxunub
http://zeka.az/714-bizi-ggzljyjn-djhejtli-fjlakjt.html

 Bizi gözləyən dəhşətli fəlakət

Qeyri-müəyyən orbiti olan böyük asteroidin 2182-ci ildə yerlə toqquşması gözlənilir

FaktXeber.com-un "İkar" jurnalına istinadən verdiyi məlumata görə, 560 metr diametri olan nəhəng asteroidin yerlə toqquşacağı güman edilir. Yaxın 10 ildə belə bir toqquşmanın olacağı ehtimal edilməsə də, asteroidin 2182-ci ildə yeri ziyarət edəcəyi bildirilir.

Belə bir bəyanatla İspaniyanın Valyadolid Universitetinin astronomu Mariya Eyxeni Sansaturio çıxış edib. Asteroid 1999-cu ildə kəşf edilib və RQ36 adı verilib. Onun rəhbərlik etdiyi qrupun araşdırmalarına görə, aparılan riyazi hesablamalar sözügedən asteroidin 2182-ci ildə yerlə toqquşacağını göstərir. Və toqquşma 2 dəfə ola bilər.

Bundan əlavə bildirilir ki, Günəş ətrafına hərəkət edən RQ36 asteroidinin xaotik trayektoriyası var və bu da onun dəqiqi trayektoriyasının müəyyənləşdirilməsində çətinliklər yaradır.

Qeyd edək ki, rus mühəndis-texnoloq İvan Yakovski 1900-cu ildə belə bir fikir irəli sürmüşdü ki, asteroidlərin gündüz Günəşdən aldıqları termal radiasiya gecələr soyumağa başlayır və bu da göy cismlərinə əlavə sürət verir.

Məhz bunu nəzərə alaraq söyləmək olar ki, RQ36-nın Yerə növbəti dəfə hansı məsafədə yaxınlaşacağını müəyyənləşdirmək çətindir.

Alimlər həmçinin bildirilər ki, 2060-cı ildə asteroidin Yerlə toqquşmaq ehtimalı çox azdır. Amma 2080-ci ildə bu ehtimal 4 dəfə artacaq. Sonra yenidən azalacaq, bu ehtimal 2162 və 2182-ci ildə yenidən artacaq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.