Şəhidlik zirvəsi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Şəhidlik zirvəsi
 
 » İstirahət » Poeziya » Şəhidlik zirvəsi

     
 
İstirahət » Poeziya: Şəhidlik zirvəsi
 
 
Müəllif: Tofiq Həsənli | 29 İyul 2010 | 12797 dəfə oxunub
http://zeka.az/716-ejhidlik-zirvjsi.html
Şəhidlik zirvəsi

Bu idi arzusu, mübarizəsi,

Böyük arzusuna çatdı Mübariz.

Bir arzu uğrunda ürəyindəki

Bütün arzuları atdı Mübariz.

 

Əzəldən şəhidlik oldu həvəsi,

Sevgiylə tükəndi ən son nəfəsi.

Peyğəmbər övladı, seyid nəvəsi

Kafiri kafirə qatdı Mübariz.

 

Özünə əbədi həyat toxudu,

Bilirdi bu dünya şirin yuxudu.

Sonadək şeytana lənət oxudu,

Allah ətəyini tutdu Mübariz.

 

Doğma vətəni idi eşqi, ilhamı,

Ona bəyənildi şəhid məqamı.

Yetişdi ruhuna Allah salamı,

Ən uca məqama yetdi Mübariz.

 

İbadət sağında, cihad solunda,

İlahi bəxş edən qüvvət qolunda

Canın fəda etdi haqqın yolunda,

Kafirlərlə cihad etdi Mübariz.

 

Yaşar istəklərdə, gərəklərdə o,

Qalacaq arzuda, diləklərdə o,

Əbədi qalacaq ürəklərdə o,

Elə bilməyin ki, getdi Mübariz.

Ən uca arzusu şəhidlik idi,

Ən uca arzuya yetdi Mübariz.

                  Yazdı:Tofiq Həsənli





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (3) Çap et
 
 

     
 
#1 Yazan: Admin (4 Avqust 2010 09:50)



Qrup: Administrator
Tarix: 9.06.2009
Kaş ki, Azerbaycanda 1000 belə oğul olaydı, bir də görərdik ki, daha erməni yoxdur.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: Zeyneb (9 Avqust 2010 21:43)



Qrup: Jurnalist
Tarix: 29.10.2009
axir ki Azerbaycandan kishi cixdi.
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Elirza (22 Avqust 2010 02:18)



Qrup: Baş redaktor
Tarix: 22.08.2009
Allah razi olsun sheiri yazan qardashdan. Azerbaycanin bele qehreman ovladlarinin sayi artiqdi. Ama onlari one chekmek lazimdir. Allah Mubarize rehmet elesin! Amin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.