Nəzm-intizam və tarazlıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Nəzm-intizam və tarazlıq
 
 » Din » Əqidə » Nəzm-intizam və tarazlıq

     
 
Din » Əqidə: Nəzm-intizam və tarazlıq
 
 
Müəllif: Zaur | 29 İyul 2010 | 12502 dəfə oxunub
http://zeka.az/717-njzm-intizam-vj-tarazldq.html

Nəzm-intizam və tarazlıq

 Keçmiş zamanda dənizçilər uzun-uzadı səfərlər nəticəsində məcbur olub yedikləri köhnə və yararsız yeməklər üzündən çox ciddi dəri xəstəliyinə tutulardılar. Sonralar məlum oldu ki, limon və naringi suyu bu xəstəliyin dərmanıdır. Lakin gəmi sərnişinlərinin o vaxta qədər bu xəstəliyin yaranma haqqında heç bir məlumatı yox idi. Sonradan bir alim bu xəstəliyi yaradan səbəbi kəşf etdi. Bu kəşf dənizçilərin həmin xəstəlik üzündən həlak olduqları bir zamanda baş verdi və bədəndəki bu yaraların limon suyu ilə müalicə olunmasını kəşf edənə qədər bir əsr keçdi. Sözsüz ki, xəstəliklərin çoxusu bədəndəki vitamin çatışmazlığından baş verir. Bəşər cəmiyyəti uzun əsrlər boyunca bu yer kürəsində yaşamış və həyatının əsası sayılan bu vitaminlərdən xəbər tutmamışdı. Cəmiyyət bilmirdi ki, bu vitaminlər onun həyatına bərabərdir, yəni vitaminlər onun həyatına tarazlıq bəxş edir.

 İnsan əsrlər boyu yaşamış və endokrin – daxili ifrazat vəziləri haqqında heç bir məlumatı olmamışdır. Bu vəzilər kiçik laboratoriyalar kimidir: insan bədənində ən mühüm kimyəvi tərkibləri əmələ gətirir ki, bu tərkiblər insanın fəaliyyət mənşəyinə çevrilir. Əgər bu ifraz olunanlar öz nizamından çıxsa insan ağır bədən xəstəliklərinə tutular.

 Nəzm-intizama aid başqa bir nümunəni göstərmək olar: donduqda cisimlərin kütləsi ağırlaşır, yalnız su donduqda yüngül kütləyə çevrilir. Suyun donma halında belə yüngül kütləyə çevrilməsi həyatın müvazinət təşkil etməsində xüsusi rola malikdir. Əgər donma zamanı suyun kütləsi ağırlaşsa idi, buzlar dəniz və çayların dibinə batardı. Beləliklə də üst-üstə yığılmış buz qatlarından ibarət dənizlər meydana çıxardı. Lakin su donduqda yüngül kütləyə çevrildiyi üçün buz su səthi üzərində dayanır və suyun alt təbəqəsinin donmasının qarşısını alır. Beləliklə, sudakı canlılar rahat şəkildə suyun altında yaşaya bilir, bahar fəslində donmuş buz asanca əriyir.

  Bu nəzm-intizam və tarazlıq varlıq aləmində nizam qoruyucusunu qərar vermiş Hikmətli Yaradanın varlığına dair ən doğru və danılmaz dəlildir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Nicat (30 İyul 2010 04:09)



Qrup: İstifadəçi
Tarix: 11.07.2009
Velosipedi yenidən ixtira eləməsən də, bu ixtira barədə gözəl danışdın. Bəyənilsin!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.