Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram
 
 
Müəllif: Carchi | 2 Avqust 2010 | 12492 dəfə oxunub
http://zeka.az/728-azjrbaycanca-mjtni-insan-sjsi-ilj-oxuyan-proqram.html

Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram yaradılıb

 İstifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər

“Dilmanc” layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının ilkin variantı yerləşdirilib.

Lent.az-ın verdiyi məlumata görə, sayta daxil olmaqla (http://www.dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür.

Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər. Gələcəkdə bu proqram mətnin oxunuşunu mp3 formatında yadda saxlamağa da imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq.Nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir. Layihə rəhbəri texniki elmlər namizədi Əbülfət Fətullayevin sözlərinə görə, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində “Dilmanc” tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.