Qədim tibb haqqında məlumat » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Qədim tibb haqqında məlumat
 
 » Sağlamlıq » Təbabət » Qədim tibb haqqında məlumat

     
 
Sağlamlıq » Təbabət: Qədim tibb haqqında məlumat
 
 
Müəllif: Zehra | 2 Avqust 2010 | 19400 dəfə oxunub
http://zeka.az/729-qjdim-tibb-haqqdnda-mjlumat.html

Qədim tibb haqqında məlumat

D‎əyərli istifadəçilər! Bu məqalədə sizə xalq təbabəti haqqında qısa tarixi məlumat vermək istərdim.

Bəşəriyyətin inkişaf tarixi nəticəsində müxtəlif xəstəliklərin müalicəsi və qarşısının alınması məqsədilə tətbiq olunan bitki, heyvan və mədən mənşəli dərman maddələri barəsində emprik məlumatların toplanaraq nəsildən-nəslə verilməsi xalq təbabətinin yaranmasına və inkişafına zəmin hazırlamışdır. Xalq təbabətinin tarixi çox qədimdir. Xalq təbabətinin məlumatları qədim həkimlərdən Suşrutun, Hippokratın, Qalenin və orta əsrlərdə isə İbn Sinanın əsərlərində öz əksini tapmışdır. Qədim Yunanıstanın məşhur həkimi Hippokrat (b.e.ə. 460-377) xəstəliklərin müaslicəsində işlənən dərmanları sistemləşdirməklə yanaşı öz müşahidələrinin əsasında xəstəliklərin müalicəsi zamanı həkimlərin mühüm rolunu göstərdi və “Xəstəliyi təbiət sağaldır, həkim  isə ona kömək edir” şüarını irəli sürdü. Qədim Romada yaşamış məşhur yunan həkimi Qalen (130-200) müxtəlif bitkilərdən dərman preparatları hazırlayaraq xəstəlikləri onlarla müalicə etməyə başladı. İndiyə kimi həmin preparatları Qalen preparatları adlandırırlar. Qalenin yazdığına görə, o zamanlar istifadə olunan 444 dərmanın 60-nı mədən mənşəli dərmanlar təşkil edirdi.

  Orta əsrlərdə yüksək inkişaf etmiş Şərq elm və mədəniyyət tarixi öz əzəməti, zənginliyi ilə ümumbəşər mədəniyyətinin təkamülünə, formalaşmasına böyük təsir göstərmiş, onun ən dolğun qaynaqlarından biri hesab olunur. Şərqdə geniş yayılmış, inkişaf etmiş elm sahələrindən biri də tibb və əczaçılıqdır. Mənbələrdə göstərilir ki, “Şərqdə ilk dəfə olaraq apteklər yaranmışdır. Şərq xalqlarının təbabəti intibah dövrü Avropa tibb elmini zənginləşdirmiş və onun qiymətli mənbələrindən biri olmuşdur ”. Elmin başqa sahələrində olduğu kimi, tibb elmi də məhz Şərqdən Avropaya yayılmışdır. VII əsrdən başlayaraq xalq təbabətini ərəblər sürətlə inkişaf etdirdilər.  Təbii ki, bu Muhəmməd peyğəmbərə gələn səmavi vəhyin sayəsində baş verdi. Bir neçə əsr müddətində ərəblərin İslam sayəsində öyrəndikləri 2600 dərman maddəsindən 1400-ü bitki mənşəli idi.

  Orta əsrlərdə xalq təbabətinin inkişaf etməsində Şərqin məşhur alimi Əbu Əli İbn Sinanın çox böyük xidməti olmuşdur. O, çoxlu miqdarda dərman bitkilərini öyrənmiş və onların müxtəlif xəstəliklərin müalicəsində müsbət rolunu göstərmişdir. İbn Sinanın məşhur əsəri “Tibb elmləri qanunu” kitabında 480, Birunidə isə 880 dərman bitkisi haqqında ətraflı məlumat verilmiş, onların müalicə əhəmiyyəti və istifadə olunma qaydaları göstərilmişdir.

 (ardı var)

 Məlumatdan istifadə etdikdə istinad zəruridir!  

 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.