İslam mütəxəssisləri (müctəhidlər) nəyə əsasən fətva verirlər? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » İslam mütəxəssisləri (müctəhidlər) nəyə əsasən fətva verirlər?
 
 » Din » Əhkam » İslam mütəxəssisləri (müctəhidlər) nəyə əsasən fətva verirlər?

     
 
Din » Əhkam: İslam mütəxəssisləri (müctəhidlər) nəyə əsasən fətva verirlər?
 
 
Müəllif: Muslim | 17 Sentyabr 2009 | 12956 dəfə oxunub
http://zeka.az/73-304slam-m252t601x601ssisl601ri-m252ct601hidl601r.html

Dini fətvaların və hökmlərin düzgün yerinə yetirilməsinin insan həyatında mühüm rolu vardır. Elə ona görə də müsəlman bir şəxs öz dini əməllərində hər deyilənə yox, əksinə, o dini bizə göndərən Allaha və bu dini bizə çatdıran Allahın elçilərinə əsaslanmalıdır. Əks halda bu gün tez-tez eşitdiyimiz “mənə belə gəlir”, “mən belə düşünürəm” və sair kimi cümlələrlə insan özü istədiyi kimi dini ayinləri yerinə yetirə bilməz. Məsələn: Namazın qılınmasını Allah demişsə, necə qılınmasını da sözsüz ki, öz elçisi vasitəsilə bizə çatdırmalıdır. Mövzumuz da bununla bağlıdır.

Hər bir İslam mütəxəssisi və ya təqlid etdiyimiz müctəhid özündən yox, 4 mənbəyə əsaslanıb hökm və ya fətva verməlidir ki, bu mənbə aşağıdakılardır:

1.     Quran (Allah-Taalanın Peyğəmbər (s) vasitəsilə insanlara göndərdiyi göstərişlər).

2.     Sünnət (Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) qoyduğu qayda-qanun) və sünnət özü 3 növ ola bilər:

A) Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) dillə buyurduqları.

B) Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) əməldə bizə göstərdikləri.

C) Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) yanında olunan əməlin onlar tərəfindən təsdiqlənməsi.

3.     Ağıl.

4.     İcma (özündən qabaqkı müctəhidlərin bir hökm barəsində yekdil fikrə gəlməsi).

Müctəhidlər bir fətvanı vermək istədikdə əvvəlcə müqəddəs Qurani-Kərimə və Peyğəmbər və onun Əhli beytinin (s) sünnətinə nəzər yetirir. Əgər bu iki mənbədə əsaslanmaq üçün bir dəlil tapılmasa, Allahın bəşərə verdiyi ən böyük nemət olan ağıla və özündən qabaq olan digər müctəhidlərin yekdil fikrə gələrək buyurduqlarına əsaslanıb fətvanı verir. Əlbəttə ki, digər müctəhidlərin bir fətva barəsində yekdil fikrə gəlməsi Peyğəmbər və Əhli-beytin (s) hökmünün açıqlanmasına dəlalət etmiş olsa, onda ona əməl olunur. Yəni, bu qədər alimin bir məsələ haqqında yekdil fikrə gəlməsi ona dəlalət edir ki, onlar Peyğəmbərin (s) və Əhli-beytinin (ə) hansısa göstərişinə əsaslanıblar. Çünki o müctəhidlər də heç nəyi özlərindən demirlər, əksinə, dəlilə əsaslanıb deyir. Onların əsaslandığı dəlil bizə çatmasa da o müctəhidlərin deyilən dəlilə əsaslanıb buyurduqları əlimizə çatıb.

Yuxarıda dediyimiz şəkildə 4 mənbədən fətvanı ələ gətirmək üçün bəzi elmləri də öyrənmək lazımdır:

1.     Sərf və nəhv (Ərəb dilinin qrammatikası).

2.     Fəsahat və bəlağət elmi.

3.     Lüğət elmi (kəlmələrin həqiqi mənasını izah etmək).

4.     Məntiq.

5.     Üsuli-fiqh (hökmlərin ələ gətirməsi üçün verilən qaydalar).

6.     Rical (hədisləri nəql edən şəxsiyyətlər barəsində olan elm).

7.     Dirayə (Hədislərin düzgün başa düşülməsi üçün lazım olan elm).

8.     Ülumul-Quran (Quran ayələrinin təfsiri, nazil olması və sair haqqında bəhs edən elm).

9.     Digər İslam məzhəblərində olan fətvalara aid məlumat toplamaq.

Verilən fətvalarda məkan və zaman amillərini yaxından bilib nəzərə almaq.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.