Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı - FOTO » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı - FOTO
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı - FOTO

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı - FOTO
 
 
Müəllif: Carchi | 3 Avqust 2010 | 13712 dəfə oxunub
http://zeka.az/730-ejhid-mgbariz-dbrahimovun-glgmgndjn-sonrakd-ejkilljri-yaydldd-foto.html

Şəhid Mübariz İbrahimovun ölümündən sonrakı şəkilləri yayıldı - FOTO

Ermənilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkillərini üzə çıxardılar!

İyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində şəhid olan Azərbaycan giziri  Mübariz Ağakərim oğlu İbrahimovun "odnoklassniki.ru" saytında öldürülmüş halda fotoları yayılıb.

Milli.Az xəbər portalının məlumatına görə, erməni istifadəçilər tərəfindən yerləşdirilən bu şəkillər bir daha erməni yalanlarını ifşa etdi.

Ermənistan indiyə qədər də şəhid gizirin cəsədinin onlar tərəfdə olmadığını iddia edərək, meyitin təhvil verilməsindən imtina edir.

Qeyd edək ki, 22 yaşlı gizirimizin meyitinin alınması tələbi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatlara müraciət edib. Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, beynəlxalq hüquq normalarına əsasən meyidin döyüş bölgəsində saxlanması yolverilməzdir və bu, beynəlxalq qurumların diqqətinə çatdırılıb. Beynəlxalq qurumlarında dəfələrlə eyni tələblə Ermənistan tərəfinə müraciət edib. Lakin erməni tərəfi M.İbrahimovun meyitinin onlarda olmadığını iddia ediblər. İndi yayılan fotoşəkillər isə bunun əksini sübut edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Mübariz İbrahimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamıyla Milli Qəhrəman adı verilib.

M.İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirib.

M.İbrahimov şəhid olan gündən bəri onun doğulub-böyüdüyü Biləsuvardakı ata ocağı ziyarətgaha çevrilib, Azərbaycan ictimaiyyəti şəhidimizin valideynlərini tək qoymur, tez-tez bu evə baş çəkərək, onların itkisinə şərik olur.

 

 
           
           




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.