Hicablı idmançılar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Hicablı idmançılar
 
 » Sağlamlıq » İdman » Hicablı idmançılar

     
 
Sağlamlıq » İdman: Hicablı idmançılar
 
 
Müəllif: Zaur | 3 Avqust 2010 | 12788 dəfə oxunub
http://zeka.az/731-hicabld-idmangdlar.html

Hicablı idmançılar

 Keçən dəfə də qeyd etdik ki, sağlam ruhun sağlam bədəni olar . Ruhun sağlam olması üçün isə onu düzgün tərbiyə etməyimiz lazım gəlir. Ruhun düzgün tərbiyəsini  isə onu xəlq edən müəyyən edir. İdman da sağlamlıqdır, bəs onda görəsən biz sağlamlığa çatmaq üçün hər şeyi, hətta Allahın haram etdiyi bəzi şeyləri  də edə bilərikmi?

 Bunun cavabını  bəlkə gətirdiyimiz bu misalda tapa bilərik. Bir şəxs idman növlərindən birini  seçməkdə  azaddır, amma  seçdiyi idman növü ilə çılpaq məşğul olması ondan asılı deyil.  Çünki əgər  idman növünün tələb etdiyi geyimə riayət etməsə, onda ictimayyət tərəfindən təzyiqə məruz qalacaq. Çünki bu hərəkət  ictimayyətdə heç bir əxlaq normalarına sığmır. Deməli, idmanla məşğul olmaq bəyənilir, amma bu heç bir qanun və əxlaq normalarını pozmağa dəlalət etməməlidir. Bəs Allahın qoyduğu qanun və əxlaq normaları necə?! Onu rahatca poza bilərikmi?

 Cavab bəllidir, əlbəttə yox! Ağıl bizə bu bəyənilən əməli, yəni idmanı digər vacib əməllərlə yanaşı yerinə yetirilməsinin doğru olduğunu deyir.Buna misal İranın qadınlardan ibarət reqbi yığmasını gətirmək olar. İranın qadınlardan ibarət reqbi yığmasının üzvləri Avropada keçirdiyi qarşılaşmalarda öz geyimləri ilə hamının diqqət mərkəzinə çevriliblər. “Daily Mail” nəşrinin yazdığına görə, meydançada rahat hərəkət edə bilməyən yığma üzvləri hicab və uzunqol idman formasında matç keçiriblər. Komandanın kapitanı Zühre Eyni əvvəllər futbol oynadığını və reqbi ilə özünü sınadıqdan sonra bu idman növünə daha çox həvəs göstərdiyini bildirib. Bununla belə, kapitan, ailəsinin bu idman növünün qadınlar üçün olmadığı qənaətində olduğunu bildirib.  Biz də onun ailəsi ilə eyni fikirdəyik, axı qadın zərif varlıqdır və belə varlığa sözsüz ki, zərif idman növü yaraşır. Reqbi idman növündə kəskin hərəktlər müşahidə olunur və bu hərəkətlər nəticəsində Allahın vacib buyurduğu hicabı tam qorumaq mümkün olmur. 22 yaşlı Zühre Eyni də matç zamanı hicabı başlarında saxlamağın əsas çətinlik olduğunu etiraf edir, lakin o, zamanla bu problemin öhdəsindən gələ bildiklərini qeyd edib. Xüsusilə də  Avropada ilk dəfə meydana çıxan İranın qadın reqbi millisi İtaliyada keçirdiyi ilk iki oyunda 10:0 və 33:0 hesabı ilə məğlub olub.

 Bu məğlubiyyətin çox səbəbi ola bilər. Məsələn, komandanın zəif oyun nümayiş etdirməsi və sair. Lakin fikrimizcə əsas səbəb, qadın üçün düzgün idman növünün seçilməməsidir. Allahın buyurduğu vaciblərə riayət etmək istəyən bir qadın reqbi idman növünün onun zərif vücuduna yaraşmadığını anlamalı idi. Allah bizi öz vücudumuzu dərk edib düzgün tərbiyələndirməkdə yardımçı olsun!

Hazırladı: Zaur

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Nicat (3 Avqust 2010 20:38)



Qrup: İstifadəçi
Tarix: 11.07.2009
Allah o qadına da, o qadını ora buraxana da, onun tamaşasına yığılanlara da ağıl versin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.