Mübariz İbrahimovun xatirəsinə yürüş keçirilir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimovun xatirəsinə yürüş keçirilir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimovun xatirəsinə yürüş keçirilir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Mübariz İbrahimovun xatirəsinə yürüş keçirilir
 
 
Müəllif: Carchi | 4 Avqust 2010 | 13338 dəfə oxunub
http://zeka.az/735-mgbariz-dbrahimovun-xatirjsinj-ygrge-kegirilir.html

Mübariz İbrahimovun xatirəsinə yürüş keçirilir

Ağdamdan başlayan yürüş Biləsuvara kimi davam edəcək

Bu gün Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş izdihamlı yürüş keçirilir. Yürüş Ağdamdan Milli qəhrəmanın doğulduğu Biləsuvara doğru təşkil olunub. ANS-in Qarabağ bürosunun məlumatına görə, bir müddətdən sonra onlar Biləsuvar ərazisinə çatacaq. Yürüş zamanı yüzlərlə insanın Mübariz İbrahimovun mübarizliyinə həmrəy olduqlarını nümayiş etdirib.

Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.

Qeyd edək ki, Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Qarabağlı-Balası (6 Avqust 2010 00:20)



Qrup: İstifadəçi
Tarix: 5.08.2010
Allah rəhmət eləsin.Məncə Azərbaycanda bu cüz oğullar çoxdu.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.