Ramazan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Ramazan
 
 » Xəbərlər » Əlamətdar günlər » Ramazan

     
   
 
Müəllif: Mircefer | 6 İyun 2016 | 11929 dəfə oxunub
http://zeka.az/736-ramazan.html

 Ramazan

 Allah-taala  yaratdıqdan  sonra  oz  bəndələrinin  ehtiyaclarını  nəzərə  alaraq  (onlar  ehtiyac  duymasalar  belə ) onlara  bir  sıra  lütflər  ehsan  etdi. Bu  lütflər  həm  maddi, həm də  mənəvi  sahəni  əhatə  edir. Lakin  bəndələr  maddi  lütfləri  daha  tez  görür, daha  tez  duyurlar. Halbuki  insan  insan  olaraq  o  zaman  formalaşır  ki, onun  mənəvi  və  maddi  qanadı  bərabər  şəkildə  hərəkət  etsin. Sadə  dildə  desək  mənəviyyatsız  insan  ilə  digər  canlıların  potensial  imkanlardan  basqa  heç  bir  fərqi  yoxdur. Yəni  insanın  mənəvi  qüdrəti  digər  canlılarda  yoxdur. Lakin  bu  qüdrətdən  yararlanmayan  və  ya  maddi  yöndən  yararlanan  insanın  başqa  canlılarla  nəinki  fərqi  yoxdur, hətta  o  canlıların  maddiyata  bağlanmaq  baxımından  ən  tamahkarı  insandır. Deməli, insan  maddi  və  dünyəvi  baxımdan  tərəqqi  etməsinə  rəğmən  əgər  mənəviyyata  malik  olmasa  insan  adlana  bilməz. Lakin  insanlar  mənəvi  həyatın, yəni  maddiyatdan  yalnız  zərurət  qədər  istifadə  edərək  yaşamağın  dadına  baxmaq  istəmirlər. Allah  Taala  isə  bəndələrinə  qarşı  çox  mehribandır. O öz  dərgahını  bəndələrinin   üzünə  daim  açmaqla  kifayətlənməyərək  üstəlik  müxtəlif  günlər  təyin  etmiş, o  günləri  Əyyamullah – yəni  İlahi  günlər  adlandırmışdır. O  günlərin  vəzifələrini  bəzən  vacib, bəzən  isə  tövsiyyə  xarakterli  hökmlərlə  bəyan  etmişdir. İlahi  günlərin  ən  dəyərlisi  və  insanı  formalaşdırmaq  baxımından  ən  təsirlisi  Mübarək  Ramazan  ayıdır.

 Ramazan  ayının  ən  bariz  göstəricisi  aclıqdır

 Aclıq  insanın  dünyəvi  bağlantısının  tam  əksidir. Dünyəviliyin  ən  böyük  təhlükəsi  qidalanmanın  olmamasıdır. Bu   baxımdan  Allah-Taala  tərəfindən  Mübarək  Ramazan  ayında  günün  iki  hissəyə  ayrılması, bəndələrin  günün   bir  hissəsində  ac, digər  hissəsində  isə  tox  olmalarına  icazə  verilməsi  insanı (əgər  belə  demək  mümkünsə)  zorla  mənəvi  həyata  yönəltməkdir.  Biz  təkcə  aclığı  nümunə  kimi  göstərdik, lakin  mübarək  ayın  hökmlərini  oxuduqda  görürük ki, sanki  Allah-Taala  təbiətdən  yaratdığı  bu  insanı  təbiətin  fövqünə  və  mələklər  aləminə  çəkmək  istəyir. Mələklər  yeməzlər, içməzlər, cinsi  ləzzət  almazlar, onlarda  erkək-dişi  olmaz, onlar  dünya  ləzzətləri  qarşısında  etinasız  olarlar. Gördünüzmü  bunları  nəzərə  alaraq  Allahın  insanı  mələk  kimi  görmək  istəməsini  iddia  etsək, səhvmi  etmiş  olarıq?!

 Görün  Allhah  oruc  tutan  şəxsə  nələri  qadağan  edir?

 Oruc  tutan  şəxs  aşağıdakılardan  imtina  etməlidir  və   bu  proses  sübh  azanından  şam  azanına  kimi  davam  etməlidir.

1. Yeyilən  və  yeyilməyən  hər  bir  şeydən  imtina  etməlidir. Yəni  insan  oruc  tutduqda  çörəyi də, donuz  ətini də, taxtanı da  yeyə  bilməz.

2. İçilən və içilməyən  hər  bir  mayedən  imtina  etməlidir.

3. Halal  və  haramlığından  asılı  olmayaraq, bütün  cinsi  əlaqələrdən,  hətta  istimnadan (mastrubasiyadan) imtina  etməlidir.

4.  Əgər  axşam  qüsullu  olubsa  sübh  azanına  qədər  qüsl  verməlidir

5. Qəsdən  qusmamalıdır.

6. Allahın, Peyğəmbərin  və  məsum  imamların  adından  onların  demədiyi  bir  sözü  deməməlidir.

7. Bəzi  fəqihlərə  görə  başı  tamamilə  suyun  altına  salmamalıdır. (Diqqət: Orucu  batil  edən  şey  suyu başa  tökmək  yox, başı  suyun  altına  salmaqdır).

8. İnsan  oruc  halda  tozu da, tüstünü də, ağızda  suya  çevrilən  buxarı da  uda  bilməz.

9. Maye  şeylərlə  imalə. (klizma)

 Bəli, Allah-Taala  1 ay  müddətində  və  günün  müəyyən  hissəsində  insanı  mələk  kimi  görmək  istəyir. Əslinə  qalsa,  O,  insanı  həmişə  belə  görmək  istəyir, nəinki  təkcə  bu doqquz  əməli, əslində  bütün  dünyəviliyə  aid  olan  əməlləri  insanda  görmək   istəmir. Yəni  Allah  deyir  ki, insan  insanlıq  funksiyasini  yerinə  yetirməklə  yanaşı  bir az da  mələk  olmalıdır. Ramazan  ayında  orucu  batil  etməyən, lakin  mələk  kimi  olmağa  zidd  olan  bir  sıra  əməllər də  vardır.

 Diqqətli  olmaq  lazımdır: Mələk  qeybət  etməz, mələk  yalan  danışmaz, mələk  söyüş  söyməz, mələk  ürək  sındırmaz...

 Mübarək  Ramazabn  ayında  Alllah-Taala bizə belə bir göndərir: Mənim  bəndəm  sənə  deyirəm  haramlardan  çəkin,  deyirsən  bacarmaram, lakin  bu  ayda  mənim  əmrimi  yerinə  yetirməklə  özün özünə  sübut  edirsən  ki, sən  hətta  halaldan  da  çəkinə  bilərsən. Buna  sənin qüdrətin  çatar...

 Gəlin  mələklərə  sübut  edək  ki, insan  yaradılarkən  onların  Allaha  etdikləri  etiraz  yersiz  imiş.

 İlahiyyatçı  alim: Hacı Mir Cəfər  Əyyubzadə 
Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.