Ağsu şəhərinin tarixinə dair ingiliscə kitab-albomu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağsu şəhərinin tarixinə dair ingiliscə kitab-albomu
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Ağsu şəhərinin tarixinə dair ingiliscə kitab-albomu

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Ağsu şəhərinin tarixinə dair ingiliscə kitab-albomu
 
 
Müəllif: Elirza | 5 Avqust 2010 | 12582 dəfə oxunub
http://zeka.az/737-adsu-ejhjrinin-tarixinj-dair-ingiliscj-kitab-albomu.html

Ağsu şəhərinin tarixinə dair ingilis dilində kitab-albomun təqdimatı keçirilib

 AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə bu ilin mart ayından Ağsu rayonundakı təxminən 3000 kv.m ərazidə apardığı arxeoloji qazıntı işləri başa çatmaq üzrədir. AMEA Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, hazırda şəhərin ictimai binalarını tapıb üzə çıxarmaq məqsədilə daha geniş ərazidə qazıntı işlərinə başlanılıb. Bu işlərlə paralel olaraq indiyədək aşkar edilmiş tikinti qalıqlarının və kommunikasiya şəbəkəsinin öyrənilməsi və konservasiya olunması, toplanmış çox zəngin və rəngarəng çeşidli maddi mədəniyyət nümunələrinin elmi cəhətdən sistemləşdirilməsi və nəşr olunması istiqamətində də intensiv iş aparılmaqdadır. Xatırladaq ki, Ağsuda aparılan tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin geniş və hərtərəfli tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

 Qeyd edək ki, bu gün Ağsu şəhərində rayon ərazisində aparılan son arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağsu qazıntılarının ən yeni nəticələri barədə ilk dəfə ictimaiyyətə geniş məlumat verilməklə yanaşı, rayon Tarix Diyarşünaslıq Muzeyində təşkil olunmuş yeni sərginin açılışı, orta əsr Ağsu şəhərinin tarixinə dair ingilis dilində çapdan çıxmış kitab-albomun (“Medieval Agsu Town”), habelə ekspedisiyanın internet səhifəsinin agsuexpedition.org ingilis versiyasının təqdimatı keçirilib.

 Bundan başqa, Ağsu ekspedisiyası sentyabr ayında AMEA Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən ibarət daha bir sərgi keçirməyi planlaşdırır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.