Marsda sivilizasiyaların izləri tapılmışdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Marsda sivilizasiyaların izləri tapılmışdır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Marsda sivilizasiyaların izləri tapılmışdır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Marsda sivilizasiyaların izləri tapılmışdır
 
 
Müəllif: Carchi | 5 Avqust 2010 | 12551 dəfə oxunub
http://zeka.az/738-marsda-sivilizasiyalardn-izljri-tapdlmdeddr.html

Marsda sivilizasiyaların izləri tapılmışdır

 Marsın şimalında yerləşən Kidoniya adlı yerin 1976-cı ildə çəkilmiş fotoşəklində aşkar edilmiş sfinksin məşhur təsviri daha “qırmızı” planetdə qədim sivilizasiyanın varlığını sübut edən yeganə dəlil deyildir. Marsın Reull Vallis vadisində azı 9 oxşar obyekt aşkar edilmişdir. Piramida şəklində olan bu nəhəng tikililər primitiv təsvir olunmuş meymun, it və naməlum heyvanları, bəzi obyektlər isə insan fiqurlarını xatırladır.

 Mars Anomaliyalarını Öyrənmə Cəmiyyətinin prezidenti Endryu D.Beziaqo abidələr kompleksini yeni Kidoniya adlandırmışdır. Onun fikrincə, həmin abidələr Marsın qədim sivilizasiyalarının təbii landşaftı - dağ, təpə, çökəklik və kraterləri “gözəlləşdirməyə” meyilli olduğunu göstərir.

 Endryu Beziaqo Marsda üç sivilizasiyanın (qədim, müasir yerüstü və müasir yeraltı) olduğuna əmindir. Öz nəzəriyyəsini sübut etmək üçün Marsdakı obyektləri qədim Misir abidələri ilə müqayisə edən alim inandırmağa çalışır ki, çox əsrlər əvvəl Marsda Yer kürəsindən gəlmiş insanlar yaşamışlar.AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.