Televizora bədbəxt insanlar baxırlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Televizora bədbəxt insanlar baxırlar
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Televizora bədbəxt insanlar baxırlar

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Televizora bədbəxt insanlar baxırlar
 
 
Müəllif: Carchi | 5 Avqust 2010 | 12355 dəfə oxunub
http://zeka.az/739-televizora-bjdbjxt-insanlar-baxdrlar.html

Televizora bədbəxt insanlar baxırlar

 Britaniya psixoloqları aydınlaşdırmışlar ki, xoşbəxt insanlar oxumağa, bədbəxtlər isə televizora baxmağa üstünlük verirlər. Alimlər son 30 ildə 30 mindən çox adamın iştirakı ilə aparılmış sosioloji sorğuların nəticələrini təhlil etmişlər. İştirakçılara asudə vaxtlarını necə keçirdikləri, əhval-ruhiyyələrini qiymətləndirdikləri barədə suallar verilmişdir.

Sorğunun nəticələri göstərmişdir ki, xoşbəxt insanlar sosial baxımdan daha fəaldırlar. Ünsiyyətə meylli olan belə insanlar tez-tez kilsəyə gedir, səsvermədə fəal iştirak edir və daha çox kitab oxuyurlar. Rəyi soruşulanların ailə vəziyyəti, gəliri və yaşları müqayisə edildikdən sonra məlum olmuşdur ki, özlərini bədbəxt sayanlar xoşbəxt həmvətənləri ilə müqayisədə televizora 28 faiz çox baxırlar.

Tədqiqat müəllifləri onu da müəyyənləşdirmişlər ki, bədbəxtlərin 51 faizinin asudə vaxtı çoxdur və onlar həmin vaxtı hara sərf edəcəklərini bilmirlər. Xoşbəxtlər isə vaxt qıtlığından əziyyət çəkirlər. Belə ki, rəyi soruşulanların yalnız 19 faizi bəzən “artıq” vaxtları olduğunu etiraf etmişdir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 14
Robot: 1
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.