160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəydə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » 160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəydə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » 160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəydə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: 160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəydə
 
 
Müəllif: Carchi | 5 Avqust 2010 | 12223 dəfə oxunub
http://zeka.az/740-160-il-jvvjl-almaniyada-hazdrlanmde-ggzgg-gjdjbjydj.html

160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəydə 

160 il əvvəl Almaniyada hazırlanmış güzgü Gədəbəyə necə gedib çıxıb?

1850-ci ildə Bavariyada istehsal olunan güzgü hazırda qiymətli tarixi eksponat kimi qoru

Gədəbəydə inventarlaşdırılaraq qorunub saxlanılan nadir eksponatlar arasında bir güzgü var. Güzgünün üzərində 1850-ci ildə Almaniyanın Bavariya şəhərində istehsal olunması barədə məlumat qeyd edilib. Güzgü Almaniyadan Gədəbəyə XIX əsrdə gətirilib. Gədəbəy Rayon İcra hakimiyyətinin başçısı Kamran Rzazadə sözügedən güzgü haqqında ətraflı məlumat verərək bildirib ki, XIX əsrin əvvəllərində Siemens qardaşları Gədəbəydə mis emalı ilə məşğul olub və bunun üçün nəhəng zavodlar inşa etdiriblər. Həmin dövrdə burada çalışan yerli və alman mütəxəssislər üçün yaxşı iş şəraiti ilə yanaşı, onların mədəni istirahəti də diqqət mərkəzində olub. Elə bu məqsədlə də 1864-cü ildə rayonda mədəniyyət evi tikilərək istifadəyə verilib. Mədəniyyət evində müğənnilərin və aktyorların istifadəsi üçün müxtəlif əşyalarla yanaşı, həmin bu güzgü də Almaniyadan gətirilib. Sovet hakimiyyəti dövründə almanlar buradan deportasiya olunan zaman ermənilər rayonda onlara məxsus əşya və maddi-mədəniyyət nümunələrini qənimət kimi ələ keçirib və aparıblar.

Lakin həmin güzgü ermənilərin nəzərindən qaçıb və hansı səbəbdənsə atılmış vəziyyətdə mədəniyyət evinin bir küncündə qalıb. Güzgü yalnız 1978-ci ildə qiymətli tarixi eksponat kimi dövlət qeydiyyatına alınıb.

Hazırda güzgü Siemens qardaşlarının tarixi yadigarı kimi qorunub saxlanılır. Hündürlüyü 1,8 metr, eni 90 santimetr olan, ətrafı qiymətli qoz ağacından işlənmiş bu güzgünün yan tərəfində “KEDRUT” sözü yazılıb.

Həmin söz “Gedebekskiy rudnik” mənası verir və o zaman bu əşyaların inventarlaşdırıldığını göstərir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.