Zarafat İslam əxlaqı baxımından » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Zarafat İslam əxlaqı baxımından
 
 » Din » Əxlaq » Zarafat İslam əxlaqı baxımından

     
 
Din » Əxlaq: Zarafat İslam əxlaqı baxımından
 
 
Müəllif: Zehra | 7 Avqust 2010 | 12854 dəfə oxunub
http://zeka.az/746-zarafat-dslam-jxlaqd-baxdmdndan.html

Zarafat İslam əxlaqı baxımından

 Zarafat  əxlaqi gözəlliklərdən biri kimi nəzərə çarpsa da, təhlükəli və xoşagəlməz nəticələri olan dil bəlalarından biri hesab edilir. Elə buna görə də, müqəddəs dinimiz İslam öz qayda-qanunlarında zarafat üçün bir hədd təyin etmişdir. İnsan zarafat edərkən həddini aşsa, pis hadisələrlə üzləşə bilər  və bu hadisələrlə üzləşməmək üçün o, dilinin ağası olmalı, zarafatın müsbət və mənfi cəhətlərini nəzərdə saxlamalıdır. Hər sözün öz yeri, hər mətləbin öz məqamı olduğunu düşünüb zrafatdan bacardıqca çəkinmək lazımdır. Şəxs gün ərzində vaxtını zarafata həsr edib həddi aşarsa, get-gedə buna adət edər və ciddi məsələlərə də məsxərəbazlıqla yanaşaraq cəmiyyət içində ehtiramını əldən verər. Həyatda boynuna düşən vəzifəlri yerinə yetirməkdə məsuliyyət hiss etməyən şəxs özünə və cəmiyyətə fayda verə bilməz . Fayda verməsi bir kənara dursun, özünü idarə edə bilməz. Təbii ki, məsəxərəbazlıq xüsusiyyəti bir kəsə hakim kəsilərsə həqiqəti dərketmə hissini itirər, yəni həqiqəti olduğu kimi dərk edə bilməz. Başqaları da ona qarşı ciddi olmaz. Bizim dini rəhbərlərimiz zarafatı bütünlüklə qadağan etməmiş, əksinə xüsusi şəraitdə nisbətən zarafatcıl olmağı bəyənmişlər. Hətta yeri gəldikdə özləri də zarafat etmişlər. Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli-beytinə) bu haqda belə buyurmuşdur: “Mən zarafat edirəm, amma haqq sözdən başqa söz demirəm”. Müəmmər ibn Xəllad adlı şəxs deyir: “Səkkizinci imam Əli ibn Musa Rzadan soruşdum ki, canım sənə fəda olsun, əgər bir şəxs zarafat edib gülən insanların arasında olarsa vəzifəsi nədir? Buyurdu: - Təhqir olmayana qədər heç bir eybi yoxdur. Mən güman edirəm ki, burada təhqir dedikdə, Həzrətin məqsədi söyüşdür. Yəni zarafat təhqirsiz olarsa heç bir eybi yoxdur. Sonra buyurdu: “Bir nəfər ərəb Peyğəmbərə hədiyyə gətirər və elə ordaca hədiyyənin pulunu istərdi. Peyğəmbər isə onun bu sözünə gülərdi. Nə vaxt kədərlənsəydi buyurardı ki, kaş səhrada yaşayan o kişi yanımızda olaydı.”

 İmam Baqir buyurur: “Allah-Taala xoş təbiətli və zarafatcıl insanı sevir, ancaq bu şərtlə ki, günah və nalayiq sözlərdən çəkinsin.” Bu hədisdən məlum olur ki, insan günah və nalayiq sözlərdən istifadə etməmək şərti ilə zarafat edə bilər. Beləliklə, müsəlmanlar bir tərəfdən bir-biri ilə gülərüz, digər tərəfdən bir-birinə qarşı ədəbli və ciddi olmaıdırlar. Bu iki məsələyə eyni anda riayət etmək həm asan, həm də çətindir. Mömin gülərüz olub ədəbin həddini aşmamalı və öz vüqarını qorumalıdır. Daim özlərinə qarşı diqqətli olan şəxslər üçün bu asan və normal hal kimi görünür. Amma özünü kontrol etməyib nəzarət altında saxlamayan şəxslər isə təbii ki, bəzən normal ölçüdən kənara çıxır, bəzən məsələni çox böyüdür, bəzən də buna heç əhəmiyyət vermirlər. Yəni bəzi insanlar o qədər tutqun və qaşqabaqlıdırlar ki, onlarla kəlmə belə kəsmək olmur, bəzi insanlar isə o qədər azad davranıb boşboğazlıq edirlər ki, bununla başqalarına əziyyət edib günaha batırlar.

 Peyğəmbər buyurur: “Həddindən artıq zarafat insanın abrını aparır”. İmam Hadi buyurur: “Boşboğazlıq ağılsız insanların işidir”. Bir nəfər İbn Abbasdan soruşdu: – Peyğəmbər zarafat edərdimi? Dedi: – Bəli, amma həddini aşmazdı. Təqvalı insan Peyğəmbərin yuxarıda qeyd etdiyimiz sözlərini unutmamalıdır : “Mən zarafat edirəm, amma haqq sözdən başqa söz söyləmirəm”.

Hazırladı Zəhra

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.