Depresiya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Depresiya
 
 » Sağlamlıq » Psixologiya » Depresiya

     
 
Sağlamlıq » Psixologiya: Depresiya
 
 
Müəllif: Zeyneb | 8 Avqust 2010 | 15431 dəfə oxunub
http://zeka.az/749-depresiya.html

Depresiya

 Depresiya duyğuların duyğusuzluq vəziyyətidir. Adamın daha əvvəl maraqlandığı fəaliyyətlərdən uzaqlaşması, həmin fəaliyyətlərdən zövq ala bilməməsi depresiyanın əsas əlamətləridir. Depresiyada olan şəxslər ümidini itirmiş olur, özlərini və  olduqları ətrafı bomboş, mənasız, zövqsüz, dəyərsiz hiss edirlər. Bu vəziyyət ruhi tarazlığın pozulması deməkdir.

 Bəzən bu cür şəxslər ağlaya bilmədiklərindən də  şikayətlənirlər. Depresiyada olan şəxslərdə məktəb və ya işdə müvəffəqiyyətsizliklərlə, məsuliyyətləri yerinə gətirə bilməməklərlə, yeni işlərə girişməkdə istəksizliklə, yuxusuzluqla, səhər erkəndən oyanma halları ilə, gecə yuxusunun pozulmaları ilə, problemləri yaddan çıxara bilməməklə, cinsi vərdişlərdə dəyişikliklər və iştah dəyişiklikləri ilə rastlaşmaq olar. Bəzən isə bu şəxslər həyatı və özlərini dəyərsiz hiss edə bilərlər, ölümü, özlərinə zərər verməyi düşünə bilərlər. Bu da depresiyanın və duyğusuzluq vəziyyətinin bir əlamətidir. Depresiya müalicə oluna bilər. Müalicədən sonra bu şəxslərin duyğuları və düşüncələri düzəlməyə başlayır.

 Əgər kiməsə depresiya diaqnozu qoyulubsa, bunun nədən qaynaqlandığını maraqlana bilərsiniz. Hər bir şəxs depresiyaya düşə bilər. Depresiyadan çıxa bilmək üçün ilk növbədə depresiyanın nədən yarandığını bilmək lazımdır, bunu bildikdən sonra isə depresiyadan çıxmaq daha asan olur. Bu halda mütləq psixoloqlara müraciət etmək lazımdır. Artıq müasir cəmiyyətdə yaşayırıq, müasir insanlar isə öz problemlərini həll  etməyə  heç olmasa cəhd etməlidir.

  Psixoloq  Zeynalova Zeynəb Adil qızı

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 5)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (8 Avqust 2010 12:10)



Qrup: Qonaq
Tarix: --
belə fikirləşirəm ki, depresiya haqqında daha dolğun məlumat vermək olardı və ondan xilas olmağın bir çox yollarını da göstərmək lazım idi, sadəcə səbəbin yaranmasını bilmək xilas yolu deyil.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: today (18 İyul 2011 14:27)



Qrup: İstifadəçi
Tarix: 18.07.2011
2 ile yaxin depresiyada olmusam,indi ozume gelirem,,hec kese qismet olmasin
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.