Batini gözəlliklərin təzahürü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Batini gözəlliklərin təzahürü
 
 » Din » Əxlaq » Batini gözəlliklərin təzahürü

     
 
Din » Əxlaq: Batini gözəlliklərin təzahürü
 
 
Müəllif: Admin | 18 Sentyabr 2009 | 12632 dəfə oxunub
http://zeka.az/75-batini-g246z601llikl601rin-t601zah252r252.html
alt 

Keçən məqaləmizdə qeyd etdik ki, əxlaq insanın ruhunun (qəlbinin) əməlləri ilə göstərdiyi xüsusiyyətlərə deyilir. İnsanın ruhu sağlam da ola bilər (bu halda o gözəl əməl sahibi olacaq), xəstə də (bu halda o yaramaz əməllər sahibi və hətta cinayətkar ola bilər). Fitrətində Allah tərəfindən gözəlliyə sevgi qoyulan insanı bu sevgi, zahirən və batinən gözəl olmağa məcbur edir. Lakin fitrətinin əksinə yaşayaraq qəlbini xəstəliyə düçar edənlərin xəstəlikləri bəzən elə bir həddə gətirib çıxarır ki, şəkk, inkar, heyrət, sədaqət, düşmənçilik, qorxu və s. yerlərini dəyişərək yersiz izhar edilir və qəlb  paxıllıq, həsəd kimi alçaq xislətlərin məkanına çevrilir. Beləliklə, zahirən insan olan varlıq  - qəlbən misli olmayan bir yırtıcıya çevrilir.

Necə etməliyik ki, zahiri gözəlliyimizə diqqət etdiyimiz qədər batini gözəlliyimizə də diqqət edək? Sözsüz ki, aqil insanların etdiyini etməliyik! Yəni cismimiz xəstələnib təbii halından çıxdıqda təbibə müraciət edərək cismimizi təbii halına qaytarmasını ondan rica edirik. Sağalmaq olmaq üçün təbibin verdiyi göstərişləri diqqətlə yerinə yetiririk. Həmçinin ruhumuzda da qeyri-insani bir şey mülahizə etdikdə, əxlaq alimlərinə (ruhanilərə) müraciət etməliyik. Ümumiyyətlə, insanda ruhani kamala (tam gözəlliyə) doğru irəliləmək qabiliyyəti var. Biz daimən əxlaq alimlərindən istifadə edərək bizim üçün Allah tərəfindən ayrılmış vaxtın sonuna qədər qəlbimizi gözəlləşdirməyə cəhd etməliyik.

İnsanları kamala doğru yönəltməkdən ötrü möminlərin əmiri seçilən Əli ibni Əbu-Talib (ə) buyurur: Cismin altı halı - sağlamlıq və xəstəlik, ölüm və həyat, yuxu və ayıqlıq olduğu kimi ruhun da altı halı var. Ruhun həyatı elmidir,  ölümü  cəhalət; sağlamlığı yəqinidir, xəstəliyi şəkk; ayıqlığı hifzidir (zikr), yuxusu isə qəflətdir.

İnsanın bədəni xəstələndikdə ağrıya düçar olduğu kimi, insanın ruhu da xəstələndikdə axirətdə çəkəcəyi əzablara əlavə olaraq, insan elə bu dünyada ikən çox şiddətli sıxıntı və ağrıya düçar olur. Nəfsin ağrısı-can və ruh sıxıntısı o qədər ağır olur ki, insan ölməyi yaşamağa tərcih edir və (Allah qorusun) intihar etməyə hazır olur. Bu hallardan uzaq olmaq üçün özümüzü tanımalı və yuxarıda deyildiyi kimi  əxlaqla bağlı problemlər zamanı ya alim-psixoloqların özlərinə, ya da problemimizə aid əsərlərinə müraciət etməliyik. Ən yaxşısı ideal insanları özünə örnək götürüb əməllərimizi onun əməllərinə uyğunlaşdırmaqdır, ideal insanlar isə məsum insanların (peyğəmbər və onun əhli-beyti) özləridir. Onlar ən gözəl ülgü olduqları üçün onları özlərinə örnək seçənlər əsla uduzmaz və onlara təvəssül edərək qəlb xəstəliklərinə daha tez qələbə çalarlar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.